Icma.az
close
up
RU
SEPAH niyə Azərbaycanı hədəf seçir? TƏHLİL

SEPAH niyə Azərbaycanı hədəf seçir? TƏHLİL

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır


Turan Rzayev: “Aşura mərasimlərini qadağan etmək iddiası absurddur və məqsədli təxribatdır”


 SEPAH-ın “Pasdaran” adlı teleqram kanalı Azərbaycana qarşı qara piar kampaniyasına başlayıb. Kanal “Sionistlərə xidmət edən Azərbaycan hakimiyyəti Aşura mərasimlərini qadağan etdi” məzmunlu saxta iddialar yayıb. 

Bu yalanlar dərhal erməni mediası tərəfindən tirajlanaraq anti-Azərbaycan təbliğatı üçün bir vasitəyə çevrilib. Özünü “Qafqaz üzrə ekspert” kimi təqdim edən iranlı Ehsan Movahedian da məsələni fürsət bilərək Azərbaycana qarşı böhtan xarakterli çıxışlar səsləndirib. 


Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, Azərbaycanda Aşura mərasimlərinin qadağan edilməsi gülünc, həqiqətdən uzaq iddia və ittihamdır. Ekspert vurğulayıb ki, Azərbaycan Konstitusiyasında rəsmi dövlət dini göstərilməsə də, vətəndaşlarımızın böyük əksəriyyəti İslam dininə etiqad edir: 

"Ölkəmizdə heç bir dinə, məzhəbə, habelə onun ibadət, bayram və müxtəlif mərasimlərinə qarşı məhdudiyyət yoxdur. Əksinə, dövlətinə bağlı, vətənini canından üstün tutan, şəhid verən, qazi olan şiə etiqadlı Azərbaycan vətəndaşlarının inancı və mərasimləri dövlət üçün də mühüm və vacibdir. Reallıq ondan ibarətdir ki, “əzadarlıq” tədbirləri ölkənin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə problemsiz şəkildə keçirilir. İstənilən şəxs bu mərasimlərdə sərbəst şəkildə iştirak edir. Hər şey bir yana, ölkədə hər il Aşura mərasimləri dövlət tərəfindən də özünəməxsus şəkildə qeyd olunur. Məsələn, bu münasibətlə  5-6 iyul tarixlərində təşkil olunan qanvermə aksiyalarında onlarla dövlət rəsmisi, həmçinin media nümayəndələri və ictimai fəallar iştirak edir".

Analitikə görə, SEPAH-ın bu addımı, İran daxilində xarici siyasət kursunu təyin edən dairələrin, xüsusilə də ali liderə bağlı hərbi-siyasi strukturların Prezident Məsud Pezeşkianın iyulun 4-də Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə görüşündə iştirakı zamanı verdiyi müsbət siqnalları balanslaşdırmaq, hətta bir növ zərərsizləşdirmək cəhdidir: 

"Yəni Tehran rəsmi səviyyədə Bakı ilə münasibətləri düzəltmək niyyəti göstərsə də, paralel olaraq “dərin dövlət” dediyimiz institutlar bu yaxınlaşmanı öz ideoloji və təhlükəsizlik maraqları üçün risk kimi qiymətləndirirlər. “Pasdaran” kanalının anti-Azərbaycan ritorikası da bu narahatlıqdan qaynaqlanır. Ölkəmizə yönəlik belə təxribatlar həm də İranın daxili auditoriyasına mesajdır. Pezeşkianın yanaşması SEPAH-ın ideoloji xətti ilə üst-üstə düşmür və bu ziddiyyət zaman-zaman konkret addımlar, yaxud bəyanatlarla üzə çıxır".


T.Rzayev əlavə edib ki, dezinformasiyanın erməni mediası tərəfindən sürətlə tirajlanması isə təsadüfi deyil:

 "İranın daxilindən çıxan belə informasiyalar Ermənistan üçün geosiyasi anlamda faydalıdır. Çünki Bakı-Tehran yaxınlaşmasının dərinləşməsi İrəvanın regiondan daha da təcrid olunması ilə nəticələnə bilər. Beləliklə, SEPAH-ın informasiyası təkcə daxili məqsədə deyil, həm də regiondakı geosiyasi balanslara yönəlik kənar aktorlar tərəfindən alqışlanacaq təxribat xarakteri daşıyır. Bu cür kampaniyaların indiki məqamda Bakı-Tehran münasibətlərində zərər yaradacağı ehtimalı azdır. Bunun səbəbi hər iki ölkənin qarşılıqlı maraqlara söykənən əməkdaşlıq gündəmini artıq siyasi ritorikadan praktik layihələr mərhələsinə keçirməsidir. Xankəndidə baş tutan yüksək səviyyəli görüş, sərhəd təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və kommunikasiya xətləri üzrə müzakirələr münasibətlərin bərpası üçün real baza yaradıb. Tehran və Bakı bu mesajların haradan qaynaqlandığını və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 01:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri