SEPAH: Vurub qaçmaq dövrü bitdi, etdiklərinizin bədəlini ödəyəcəksiniz
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran sərhədləri və suverenliyinin bir qarışının belə pozulmasına səbəb olacaq istənilən təcavüz və ya addım dağıdıcı, sarsıdıcı və qətiyyətli cavabla qarşılanacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qəşm adasına hücumla bağlı ABŞ və region ölkələrinə müraciətində bildirilib.
Bəyanatda qeyd olunub ki, cavab bütün qanun və sərhədlərdən kənar olacaq.
SEPAH həmçinin bildirib ki, vurub qaçmaq dövrü başa çatıb, İrana təcavüz edən qüvvələr etdiklərinin bədəlini ödəyəcəklər.
İran parlamentinin deputatı İsmayıl Kövsəri də Qəşm adasına hücumla əlaqədar ABŞ-yə qarşı tədbirlərin daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb:
“Amerikalıların məntiqi yoxdur, onlar güc və zorakılıqdan başqa heç nə başa düşmürlər. Amerikalıların bu hərəkətləri şeytani düşüncələrindən qaynaqlanır. Bir tərəfdən atəşkəsdən danışırlar, digər yandan isə buna zidd addımlar atırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 İyun 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















