Icma.az
close
up
RU
SEPAHdan Azərbaycana yersiz hədə: cəmi 15 gün qabaq...

SEPAHdan Azərbaycana yersiz hədə: cəmi 15 gün qabaq...

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

İran rejiminin əsas qolu bəyan edib ki, Qafqazda “müqəddəs müharibə”nin vaxtıdır; halbuki iki həftə əvvəl “Yaşma” ilə birgə təlim keçirilmişdi, bəs “bu nə pəhriz, bu nə turşu?” 

Hurriyyet.az xəbər verir ki, dekabrın 7-də İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) özünün rusdilli Telegram kanallarında Azərbaycana qarşı açıq hədə-qorxu dolu mesaj yayımlayıb. SEPAH bəyan edib ki, Qafqazda “müqəddəs müharibə”nin vaxtı çatıb. 

Bu təhdidlər şübhəsiz ki, İranın Suriya və Yaxın Şərqdəki məğlubiyyətlərinin üstünü ört-basdır etmək üçün yeni avantüralar axtardığını göstərir. İranın mühafizəkar dairələri, xüsusilə SEPAH, Suriyada ağır məğlubiyyətlərə uğrayaraq öz proksi qüvvələrini ərazidən çıxarmağa məcbur olub. Bu uğursuzluqlar fonunda SEPAH-ın Azərbaycana qarşı yeni bir informasiya müharibəsinə başladığı aydın görünür. Yayılmış məlumatlarda iddia edilir ki, Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin rəhbəri Rişard Murun Bakıya səfərindən sonra Azərbaycan guya Ermənistanın Sünik (Zəngəzur - E.S.) bölgəsinə hücum etməyə hazırlaşır. 

Musavat.com-un əldə etdiyi məlumatlara görə, bu iddialar İranın regionda gərginliyi artırmaq üçün uydurduğu təxribat dolu bir ssenaridən başqa bir şey deyil. SEPAH və İranın mühafizəkar çevrələri diqqəti özlərinin biabırçı uğursuzluqlarından yayındırmaq üçün belə provokasiyalara əl atır. Maraqlıdır ki, cəmi 15 gün öncə Güney Azərbaycanın Ərdəbil vilayətində SEPAH Azərbaycan XTQ ilə (“Yaşma”) birgə hərbi təlim keçirmişdi. İndi bu hədəni necə başa düşək? 

Son bir aydır ki, SEPAH-a bağlı agentlik və qəzetlər Azərbaycan əleyhinə yenidən təbliğata start verməklə yanaşı, həm də təhdidə başlayıblar. Belə ki, İsrailin İrana son hücumundan sonra Azərbaycanın bəyanat vermədiyini bildirən Tehran mediası, SEPAH-dan aldığı təlimata əsasən təhdid dilinə keçib. İlk öncə “Khabarfori” saytı bununla bağlı geniş yazı dərc edərək, Azərbaycanı “İsrailin tərəfini tutmaqda” ittiham edib. Sayt bir qədər də irəli gedərək, Zəngilandakı camış fermasını yenidən “İsrailin hərbi bazası” kimi təqdim edib. Bunun ardından “Seda Sima” telekanalı ekspert Rəhiminin dilindən Azərbaycana təhdid yağdırıb. O, efirdə birbaşa bildirib ki, SEPAH generalları İsrailə dəstək verən Azərbaycanı cəzalandırmalıdır. “Pelikan.media” və ardından “Fərhixteqan” qəzetləri də anti-Azərbaycan təbliğatına qoşulublar. “Fərhixteqan” qəzeti iddia edib ki, Azərbaycanın İsrailin İrana hücumunu qınamaması “Azərbaycanın İsrailə təslim olmasının əlaməti”dir. Qeyd edək ki, İranda Azərbaycana qarşı iki fərqli qrup var. Bunlardan birinə, ən əhəmiyyətlisinə SEPAH başçılıq edir. Digər qrup isə ETTELAT-ın tərkibində fəaliyyət göstərən dəstədir. Bunların fonunda İran hökuməti, yəni Pezeşkian hakimiyyəti mümkün qədər Azərbaycanla əlaqələri gücləndirmək və münasibətləri tənzimləməyə cəhd edir. Onun son zamanlar Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq məsələsini ön plana çəkməsi də bunu deməyə əsas verir. Lakin İranda idarəçilik prezidentdə yox, SEPAH və dini liderdədir ki, bu da Pezeşkianın lazımi nəticə almasına imkan vermir.

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, SEPAH-a yaxın Telegram kanallarının təhdidi yersiz, münasibətləri pozmağa yönəlik təxribatdır. Onun sözlərinə görə, hazırda ikitərəfli əlaqələrdə yumşalma müşahidə edilir və xüsusi təyinatlı qüvvələrin birgə təlimləri də mühüm bir mərhələ idi: “Vaxtilə İran-Azərbaycan arasında gərginlik yaşananda Araz çayının üzərində tampon körpülər atılaraq əleyhimizə təhdid xarakterli hərbi təlimlər keçirilmişdi. Buna cavab olaraq Türkiyə və Azərbaycan xüsusi təyinatlıları birgə hərbi təlimlər keçirmişdilər. Lakin bütün gərginliklər geridə qalıb və indi münasibətlər o dərəcədə yaxşılaşıb ki, İranla birgə təlimlər keçiririk. Belə vaxtda isə SEPAH-a bağlı informasiya resurslarının Azərbaycana dolayısı ilə hədyanlar yağdırması elə ilk növbədə rəsmi Tehranın siyasətinə zərər vurmaq məqsədi daşıyır”.

R.Məmmədli Cənubi Qafqazda müharibə deyil, sülh üçün münbit şərait olduğunu görür: “Bugünlərdə Rusiya 3+3 formatı ilə bağlı bir daha məsələ qaldırdı. İran da bu layihədə iştirak edir. Ona görə də regionda dayanıqlı sülh və iqtisadi əməkdaşlığın yeni forması üçün geniş fürsət pəncərələri açılır, platformalar yaranır. Əgər bu perspektiv bölgəni gözləyirsə, hansı müharibədən söhbət gedə bilər? Məncə, Rusiya Qafqazda yeni cəbhənin açılmasında maraqlı deyil. Onun müttəfiqi olan İran da bunu istəməməlidir. Sadəcə, vaxtaşırı belə sərsəm fikirlər eşidilir. SEPAH belə müharibə arzusundadırsa, Suriyada müqavimət göstərərdi və dayaqlarını əldən verməzdi. Cənubi Qafqaz müharibə deyil, iqtisadi əməkdaşlıq meydanına çevriləcək. Artıq Ermənistan da bunu yaxşı anlayıb. Eyni zamanda SEPAH hansısa siqnallar ötürsə də, hazırda İran-Azərbaycan arasında Araz dəhlizi ilə bağlı önəmli bir proses getməkdədir. Belə situasiyada bölgədə qanlı toqquşmalar heç bir tərəfin marağında ola bilməz. O baxımdan, Azərbaycanla İran hökumətləri, eləcə də hərbi rəhbərliklər əməkdaşlığı genişləndirməli, görüşləri intensivləşdirməlidirlər ki, bundan hansısa daxili güc mərkəzləri istifadə edə bilməsin".
“Yeni Müsavat” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri