Separatçı rejimə rəhbərlik etmiş Köçəryanın da məhkəməsi keçirildi
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, ləğv olunmuş separatçı rejimin 3 lideri və digərlərinin Bakıda məhkəmə prosesləri davam etdirilir.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, separatçı rejimə rəhbərlik etmiş Robert Köçəryanın bu gün İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində məhkəmə iclası davam etdirilib.
Robert Köçəryan hazırda Bakıda da məhkəmə prosesinin getdiyini bildirib. Cavab olaraq sədrlik edən hakim Sarqis Petrosyan deyib: "Cənab Köçəryan, Bakıda qeyd etdiyiniz məhkəmə iclasının bununla nə əlaqəsi var? Siz demək istəyirsiniz ki, hakim o qədər boş işləyir ki, o, qonşu ölkələrdə hansı məhkəmə iclaslarının keçirildiyini izləyir. Təbii ki, söhbət həmvətənlərimizdən gedir.
Hakimin sözlərindən sonra Köçəryan yenidən danışıb: "Bu, maraqlı sinxronizasiyadır. Qarabağın üç keçmiş prezidenti orada mühakimə olunur, biri burada".
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib.
Ağarza Elçinoğlu
Baxış sayı:104
Bu xəbər 11 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















