Separatçılar yeni “layihə”yə başlayırlar: bu dəfə keşiş rəhbərlik edəcək
Icma.az, Tribuna saytına istinadən bildirir.
Separatçılar son zamanlar bir qədər aktivləşərək, Qarabağa qayıtmaq nağılları uydurmağa başlayıblar.
Tribunainfo.az xəbər verir ki, əgər əvvəllər bu prosesdə siyasətçilər fəal idilərsə, son zamanlar kilsə də prosesə qoşulmağa başlayıb.
Belə ki, özünü “Qarabağ Yeparxiyası”nın primatı kimi təqdim edən, yepiskop Vrtanes Abrahamyanın rəhbərliyi ilə “Şəhadətlər vasitəsilə Amoqum” layihəsinə start verilib. Artak Beqlaryan, Qeqam Stepanyan, Metaxe Akopyan və daha bir neçə separatçının da qatıldığı bu “layihə”nin əsas iki məqsədi var. Onlardan biri Qarabağdan könüllü köçmüş ermənilərə humanitar və hüquqi yardım göstərməkdir. Digəri isə onları birləşdirməklə, “Qarabağa geri dönmək” prosesinə start verməkdir.
P.S. Ermənilər hələ də nağıllar aləmində yaşayırlar. Elə zənn edirlər ki, keçmişdə olduğu kimi, Qarabağa qayıdıb, orada yenidən separatçılıq və terrorçuluqla məşğul ola biləcəklər. Olmayacaq. Qulaqlarının dibini görəcəklər, amma o günü görməyəcəklər.
Baxış sayı:80
Bu xəbər 11 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















