Separatçıların İrəvandakı ofisi ləğv ediləcək
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Baş Prokurorluğu məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldıraraq, ləğv edilmiş separatçı rejimin İrəvanda mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsini tələb edib. Söhbət separatçıların Ermənistanın paytaxtındakı “nümayəndəliyinin binası”ndan gedir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin yazdığına görə, məhkəmə mayın 22-də qərar verməli olsa da, təxirə salınıb. Bildirilib ki, Nikol Paşinyan hökuməti iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl ajiotaj yaratmaq və buna görə səs itirmək istəmir. Nəşr Nikol Paşinyanın seçiləcəyi təqdirdə məsələni birdəfəlik həll edəcəyini qeyd edib.
“Hraparak” xatırladıb ki, sovet dövründə Azərbaycan Dram Teatrı burada fəaliyyət göstərib.
Qeyd edək ki, Ermənistan Baş naziri mayın 20-də Şirakda seçiciləri ilə görüşdə separatçıların İrəvandakı ofisini ləğv edəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 May 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















