Icma.az
close
up
RU
Separatçıların məhkəməsi beynəlxalq hüquqa uyğun keçirilir

Separatçıların məhkəməsi beynəlxalq hüquqa uyğun keçirilir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edir. Cinayət işində 15 nəfər ittiham olunur. Onlar İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs olunaraq istintaq təcridxanasına göndərilib. Əslində, bu, cinayət qanunvericiliyinə görə, cəzanın əsas məqsədlərindən birinə nail olmaq idi. Çünki cinayət törətmiş şəxs cəzalandırılmalı, sosial ədalət bərpa olunmalıdır. Onlar törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzaları da alacaqlar.

Məhkəmə isə beynəlxalq hüquqa uyğun keçirilir. Çünki Azərbaycan hüquqi dövlətdir. Ölkəmizin Konstitutsiyasına görə, Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi var, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri bir-birindən asılı olmayan, müstəqil şəkildə fəaliyyət göstərirlər. Odur ki, son qərarı da müstəqil fəaliyyət göstərən məhkəmələrimiz verəcəklər.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın ölkədaxili qanunların və beynəlxalq konvensiyaların tələblərinə uyğun hüquqları təmin olunub. Onlar vəkil və tərcüməçi ilə təmin olunublar. Separatçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları vaxtaşırı ziyarət edirlər. Ailə üzvləri ilə telefon danışığına imkanlar yaradılır. Təcridxanada bütün qanunlara əməl olunur. Guya, onlara psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar isə reallıqdan uzaqdır. Bunu təqsirləndirilən şəxslərin özləri də etiraf edirlər. Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Arayik Harutyunyan bildirib ki, hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddialar yalandır: “Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirlər var. Bu iddialar yalandır”.

Cinayət işi üzrə ittiham olunan Harutyunyan daha sonra deyib: “Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon danışığı imkanlarımız olur. Təcridxanada bizimlə qanuna müvafiq şəkildə davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm”.

Daha sonra təqsirləndirilən şəxs Davit Babayan məhkəmədə çıxış edib. Çıxışında xatırladıb ki, saxlanma şəraitindən razıdır, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilməyib: “Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb. Bizimlə hörmətlə davranırlar... Bizim həqiqəti demək imkanımız, cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bu məsələ ilə bağlı şərhində deyir: “Bu məhkəmənin bir neçə əsas məqamları var. Birincisi, məhkəmə ədalət baxımından önəmlidir. Azərbaycanın ərazilərinin bir hissəsi işğal altında olub. Həmin vaxtlar soyqırımı, etnik təmizləmə həyata keçirilib, dağıntılar törədilib. Bu cinayətlərə görə də konkret şəxslərə qarşı ittiham irəli sürülüb. İttihamda siyasi maddə yoxdur. Törədilən cinayətlərə görə, Cinayət Məcəlləsi çərçivəsində dəqiq maddələr var. Əsas məqsəd ədalətin bərpa olunması, təqsirləndirilən şəxslərin cinayətlərinin məhkəmə yolu ilə sübut edilməsidir. Bunlar milli hüquq çərçivəsində olan elementdir.

İkincisi, böyük cinayətlər törədildikdə iki təcrübə var: beynəlxalq məhkəmələr, tribunallar və milli qanunvericilik çərçivəsində məhkəmə. Biz ikinci yolu seçdik və kifayət qədər də sübutlarımız var.

Qeyd edim ki, üçüncü məqam çox vacibdir. Bu, Ermənistan dövlətinin məsuliyyəti ilə bağlıdır. İrəvan Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə törədilən cinayətlərə görə məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malik olduğunu vurğulayıb.

Şəfiyev daha sonra bildirdi ki, Ermənistanın Avropa İnsan Haqları Məhkəməsində dindirilməsi, ilk növbədə, işğalçılıq faktının bir daha təsdiqi deməkdi. “Avropa Məhkəməsinin qərarında nəinki Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparılması göstərilib, həmçinin mövcud vəziyyəti qoruyub saxlamasına görə Ermənistanın cavabdeh olması müəyyən edilib. Münaqişədə yalnız iki tərəfin –Azərbaycan və Ermənistanın olması təsdiq edilib. Törədilən cinayətlərə görə də bu ölkələr məsuliyyət daşıyır.

İkinci Qarabağ müharibəsi zamanı da düşmən tərəfi bir sıra cinayətlər törədib. Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutulub, yüzlərlə mülki şəxs – qadınlar, qocalar, uşaqlar bu cinayətin qurbanı olublar”. Məsələn, Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində 26 dinc sakin həyatını itirib, azı 140 nəfər yaralanıb, 3 mindən çox obyektə isə ziyan dəyib. Bərdə rayonunun Qarayusifli kəndinə, sonra Bərdə şəhərinə olan raket hücumları nəticəsində 26-sı qadın, 72-si kişi, 14-ü azyaşlı olmaqla 112 nəfər xəsarət alıb, 29 nəfər isə həlak. Tərtərə edilən raket zərbələri nəticəsində 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Bu cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib.

Onun sözlərinə görə, A. Harutyunyan və digər təqsirli şəxslər ifadələrində əmrin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verildiyini təsdiqləyiblər: “Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrılıqda təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla törədilib”.

Qeyd edək ki, onlar Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Məhkəmə prosesi şəffaf gedir. Hər bir şəxs məhkəmədə iştirak edib təqsirləndirilən şəxslərin ifadələrinə qulaq asa bilər. Ortada konkret cinayətlər var. İnanırıq ki, bu cinayətlər məhkəmə prosesində sübut olunacaq. Bir daha göstərəcək ki, müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri