Serbiya bu sahədə İran təcrübəsindən istifadə edəcək
Icma.az, Axar.az saytına istinadən bildirir.
Serbiya silahların, pilotsuz uçuş aparatlarının (PUA) və digər müdafiə sistemlərinin yerləşdirilməsi üçün yeraltı sığınacaqların yaradılmasında İranın ABŞ və İsraillə hərbi qarşıdurma zamanı əldə etdiyi təcrübədən yararlanacaq.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin Silahlı Qüvvələrinin nümunəvi atışlarından sonra jurnalistlərə açıqlamasında deyib.
"Biz İranın nümunəsini tətbiq edəcəyik. Onlar bunu olduqca təsirli şəkildə həyata keçiriblər. Bütün istehsal və infrastruktur yerin altına köçürülüb. Buraxılış qurğuları yer səthinə çıxaraq tapşırığı yerinə yetirdikdən və düşmənin kəşfiyyat vasitələri tərəfindən aşkar edildikdən sonra yenidən yeraltına qayıdır. Onlar ciddi istehsal müəssisələri qurublar və bunların hamısı yerin altındadır", – deyə dövlət başçısı bildirib.
Vuçiç qeyd edib ki, Serbiya on minlərlə PUA istehsal edəcək və bu vasitələrin təhlükəsiz şəkildə gizlədilməsi zəruridir.
Xatırladaq ki, Serbiya Prezidenti daha əvvəl ölkənin yaxın vaxtlarda hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalını artıracağını və orduda PUA-ların idarə olunması üzrə xüsusi bölmələrin yaradılacağını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 İyun 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















