Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək.
"AzPolitika" xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib.
Nazir qeyd edib ki, bu gün Vaşinqtonda Serbiya ilə ABŞ arasında strateji dialoqun başlanması barədə qərar qəbul edilib və ilk iclas iyulun 17-nə təyin olunub.
M. Curiç vurğulayıb ki, Serbiya və ABŞ tarixdə ilk dəfə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirlər:
"Bu o deməkdir ki, ABŞ və Prezident Donald Trampın administrasiyası təkcə Serbiyaya, hökumətimizə və xalqımıza deyil, həm də Amerika institutlarına güclü mesaj göndərir ki, Serbiya tərəfdaş və dost ölkə kimi qəbul edilir. Bu, Serbiya üçün ən mühüm nailiyyətlərdən biridir, çünki uzun illərdir, bunun üzərində çalışırdıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 İyul 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















