Serbiyada fövqəladə vəziyyət elan edildi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Serbiyanın Voyevodina Muxtar Bölgəsində Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən üç şimal bələdiyyəsində fövqəladə vəziyyət elan edilib.
Modern.az xəbər verir ki, regional hökumətin qərarına əsasən, Sombor, Kula və Vrbas bələdiyyələrində xüsusi rejim tətbiq olunub.
Rəsmilər bildiriblər ki, Dunay çayında tarixi minimum qeydə alınıb və suyun səviyyəsi standart göstəricidən 127 santimetr aşağı düşüb.
Qeyd olunur ki, kritik vəziyyət Dunay–Tisza–Dunay hidrosisteminin fəaliyyətinə ciddi təsir göstərir. Xüsusilə suvarma sistemlərinin işləməsində çətinliklər yaranıb ki, bu da suvarılan əkin sahələri və digər su istifadəçiləri üçün ciddi problemlər yaradır.
Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını və yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 30 İyul 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















