Icma.az
close
up
RU
Serbiyada rəngli inqilab cəhdi Prezident nələri açıqladı?

Serbiyada rəngli inqilab cəhdi Prezident nələri açıqladı?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə mart ayında keçirilmiş etiraz aksiyaları zamanı hakimiyyətin zor gücü ilə devrilməsinə yönələn “rəngli inqilab” cəhdinin baş verdiyini bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Vuçiç instaqram hesabında yazıb.

Dövlət başçısı bu fikirləri martın 15-də Belqradda keçirilmiş aksiyada guya səs silahından istifadə ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti ekspert qrupunun hesabatının dərcindən sonra səsləndirib.

“Hörmətli Serbiya vətəndaşları, 15 apreldə, axşam saatlarında ölkəmizdə konstitusiya quruluşunu zorla devirmək məqsədilə “rəngli inqilab” cəhdi baş verib. Dünən biz Rusiya FTX-nin rəsmi hesabatını aldıq. Hesabatda qəti şəkildə qeyd olunur ki, Serbiya Respublikası polisinin silahlanmasında olan akustik qurğulardan etirazlar zamanı istifadə edilməyib”, – Vuçiç bildirib.

“Şəxsən özüm ictimaiyyəti aldadaraq səs silahı və ya digər akustik qurğuların tətbiqi barədə yalan məlumat yayanların məsuliyyətə cəlb olunmasına çalışacağam”, – Serbiya Prezidenti əlavə edib.

Daha əvvəl Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyi öz saytında 15 martda Belqradda keçirilmiş etiraz aksiyasında səs silahının guya tətbiqinə dair Rusiya FTX ekspert qrupunun hesabatını yayıb. Rusiya mütəxəssisləri bildiriblər ki, Serbiya hakimiyyəti mitinq iştirakçılarının dağıdılması məqsədilə heç bir akustik qurğudan istifadə etməyib. Onlar Belqrad hadisələrində səhnələşdirilmiş təxribatın əlamətlərinin olduğunu qeyd ediblər.

Qeyd edək ki, martın 15-də Belqradda Serbiya hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 100 min nəfərdən çox insan iştirak edib. Bir neçə müxalif media orqanı insan izdihamının qəfil dağılmasını əks etdirən kadrlar yayıb və bunu hakimiyyətin guya ultrasəs qurğusundan istifadə etməsi ilə izah edib. Serbiya DİN, Təhlükəsizlik və İnformasiya Agentliyi və Müdafiə Nazirliyi bu iddiaları təkzib edib. Prezident Vuçiç əgər belə bir qurğudan istifadə olunduğu sübut olunarsa, istefa verməyə hazır olduğunu bəyan etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri