Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın "Zenit" futbol klubunun müdafiəçisi Strahinya Erakoviç 2025/26 mövsümündə iki ölkənin çempionu olub.
Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, futbolçu həm Rusiya, həm də Serbiya çempionatlarında qalib gəlib.
25 yaşlı serbiyalı müdafiəçi mövsümün ilk hissəsini "Zenit"də keçirib. Oyunçu Sankt-Peterburq təmsilçisinin heyətində Rusiya Premyer Liqasında 12 matçda meydana çıxıb. Mayın 17-də "Zenit" 68 xalla çempionatı birinci sırada başa vurub.
Fevral ayında Erakoviç "Srvena Zvezda"ya icarəyə verilib və milli çempionatda 13 oyunda iştirak edib. Aprelin 26-da komanda Serbiya çempionu olub.
Qeyd edək ki, Erakoviçin "Srvena Zvezda" ilə icarə müqaviləsi avqustun 31-nə qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 May 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















