Serbiyalı hücumçunun gələcəyi sual altındadı
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
İtaliyanın "Yuventus" klubu hücumçusu Duşan Vlahoviçlə bağlı gələcək planlarını hələ tam dəqiqləşdirməyib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
"Qoca sinyora" 24 yaşlı futbolçunun müqavilə məsələsinə görə narahatdır. Belə ki, serbiyalı hücumçu 75 gün sonra azad agent ola bilər. Klub onun qalmaq istəyindən xəbərdar olsa da, tərəflər hələ maaş məsələsində razılığa gələ bilməyib.
Xatırladaq ki, uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Duşan Vlahoviç, bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:Serbiyalı hücumçunun “Barselona” arzusu
20 Fevral 2026 12:24
Serbiyalı ulduz Türkiyəyə gəlir?
21 Noyabr 2024 23:16
Neftçi də serbiyalı basketbolçu
25 Avqust 2025 11:13
Serbiyalı futbolçu İtaliya klubunda
26 Avqust 2025 16:16
Azərreyl də serbiyalı voleybolçu
09 İyul 2025 17:04
Baxış sayı:144
Bu xəbər 16 Aprel 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















