Serbska Respublikasının Prezidenti Milorad Dodik əməliyyat olunub
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik Serbiyanın paytaxtı Belqradda əməliyyat olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin İşlər İdarəsi bildirib.
Məlumata görə, bir neçə saatlıq mürəkkəb əməliyyatdan sonra Milorad Dodik reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyat uğurlu keçib.
Prezident kəskin ağrılar səbəbindən ötən gün Belqradda xəstəxanaya yerləşdirilib və müəyyən edilib ki, yemək borusu və mədəsindən əməliyyat olunmalıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Serbska Respublikasının Prezidenti Milorad Dodik əməliyyat olunub AZƏRTAC
09 Dekabr 2024 15:09
Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib
09 Dekabr 2024 01:12
Milorad Dodik: Serbska Respublikası heç kimin müstəmləkəsi olmayacaq AZƏRTAC
09 Yanvar 2025 15:23
Milorad Dodik xəstəxanaya yerləşdirildi
08 Dekabr 2024 23:27

