Sərdar Berdiməhəmmədov “Dostlug” tankerinə görə İlham Əliyevə təşəkkür edib KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Dostlug” neftdaşıyan tankerinin hədiyyə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
“Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.
Qeyd edək ki, hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.
Tankerin dedveyti 7875 ton, ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 22 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















