Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı KONKRET

Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin ofisində əməliyyat aparılması ilə bağlı məhkəmə qərarından məlum olur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları sosial gərginliyi artırmağa və dövlət orqanlarını gözdən salmaqla nəticələnən məqsədlər kimi dəyərləndirilib”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bacısı oğlu, “Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları adıçəkilən media qurumlarının ofisləri ilə yanaşı V.Məmmədovun evində də axtarış aparıblar: “Evində axtarış zamanı heç nə götürməyiblər. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildirib ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıblar. Çünki onun ürəyində problemlər var”.

S.Cəlaloğlu bildirib ki, bacısı oğlunun həbsinin Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəsi yoxdur: “Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar 6 ay bundan əvvəl mənə çatdırılıb. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX tutub.  Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikar olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə olaraq, Vüqar gərgin vəziyyətdədir. Fikirlərini radikal formada bildirirdi. Vüqarın valideynləri belə həmin çıxışlarına görə ona dəfələrlə iradlarını söyləyiblər. Ağır iqtisadi-sosial vəziyyətə düşən adamları görüb, özündən asılı olmayaraq emossional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa birşey deyil. Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbs edilib. Biznes fəaliyyətinə də müəyyən əngəllər törədilməyə çalışıblar. Bizə qarşı Ramiz Mehdiyevdən çox düşmənlik edən yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənçilik etdiyi şəxslər biz olmuşuq”.

ADP sədrinin sözlərinə görə, hələlik Vüqar Məmmədovun haqqında həbs qətimkan tədbiri seçilməyib: “Sadəcə olaraq, Səbail Rayon Məhkəməsi DTX-nın müraciəti əsasında onun ofis və evində axtarışla bağlı qərar qəbul edib. Hər hansı bir ittiham irəli sürülməyib. Çıxışlarına görə özü və ailəsinin 6 ay müşahidə altında saxlanılması ilə bağlı qərar qəbul edilib. Vüqar Məmmədovla bərabər Mahir Rüstəmlini də saxlamışdılar. Mahir sərbəst buraxılıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri