Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: PKK dəstəyini itirib, bazası sıradan çıxıb

Sərdar Cəlaloğlu: PKK dəstəyini itirib, bazası sıradan çıxıb

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“Öncə PKK-nın niyə silahlı mübarizədən imtina edərək demokratik mübarizə yolu seçdiyini, bu fikrə gəldiyini aydınlaşdırmaq lazımdır. Əslində, PKK kürd xalqının ortaya çıxardığı məhsul deyildi. PKK Türkiyənin düşmənlərinin, qardaş ölkənin zəifləməsini arzulayan qüvvələrin ortaya çıxardığı qurum idi. Üstəlik, PKK yaranan zaman dünyada sol ideyalar hakim idi. İndisə sol ideyalar qlobal səviyyədə iflasa uğrayıb”.
Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Türkiyəyə qarşı silahlı mübarizə və terror savaşı aparan PKK-nın silahı yerə qoyması və özünü buraxmasının səbəblərindən danışan ADP sədri bildirib ki, vaxtilə bu təşkilatdan istifadə edərək Türkiyəni zəiflətmək istəyən mərkəzlər indi Türkiyə ilə əməkdaşlığa çalışırlar: “Yəni PKK-nı əvvəllər olduğu kimi - ideoloji və siyasi baxımdan dəstəkləyənlər yoxdur. Bu məsələdə Türkiyənin apardığı mübarizə və iş də öz effektini verib”.
S. Cəlaloğlu qeyd edib ki, hazırda PKK özünə siyasi və ideoloji baxımdan dəstək tapa bilmir, eyni zamanda son illər Türkiyə dövləti bu ciddi problemi həll etmək üçün aktiv mübarizə və faydalı iş aparıb. Nəticədə PKK-nın sosial bazası və texniki resursları sıradan çıxıb, onun ləğvinə zərurət yaranıb.
Partiya sədri qeyd edib ki, kürdlər Türkiyədə hər zaman hakimiyyətdə təmsil olunub, böyük işlər görüblər: “Kürdlər indi də siyasətdə təmsil olunurlar, partiyaları var. Bu prizmadan baxdıqda PKK-nı ayrı qüvvə kimi qiymətləndirmək məntiqli olmazdı. Daha yaxşı olardı ki, PKK özünü buraxdığını elan edərək bu partiyalardan birində fəaliyyət göstərdiyini bildirəydi”.
Cəlaloğlunun fikrincə, PKK-nın terrordan və fəaliyyətdən imtina etməsi məcburiyyətdən irəli gəlib: “Görürlər ki, dəstək yoxdur, insanları uzun illər aldatmaq mümkün deyil”.
ADP sədri əlavə edib ki, son illər Türkiyənin nüfuzu artır və dünyaya yayılır: “Bu da PKK kimi qurumlardan qardaş dövlətə qarşı istifadə edən qüvvələri düşündürür. Onların Türkiyə əleyhinə bu kimi fəaliyyətləri indi özlərinə mane olur. Çünki Türkiyə ilə əməkdaşlıq, münasibətlərin dərinləşdirilməsi artıq hər kəsin marağındadır. Bu baxımdan, indi Türkiyə dünyada az sayda nüfuzlu dövlətlərdən biridir və dünyada fəaliyyəti qarşıdurmalardan daha çox sabitlik, əməkdaşlıq istiqamətindədir”.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri