Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: Rusiyanı müttəfiq statusundan çıxarıb, qonşuluq səviyyəsinə endirilmək lazımdır

Sərdar Cəlaloğlu: Rusiyanı müttəfiq statusundan çıxarıb, qonşuluq səviyyəsinə endirilmək lazımdır

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ADP sədri Sərdar Cəlaloğlu, Rusiya-Azərbaycan münasibətlərindəki hazırki gərginliklə bağlı danışıb. Partiya sədri bir çox məsələlərdə Rusiyanın Azərbaycana təzyiq göstərəcəyini bildirib. 

S.Cəlaloğlu Sitat.info-ya açıqlamasında qeyd edib ki, Rusiyanın təzyiqləri bir neçə istiqamətdən ola bilər: "Rusiya bir neçə məsələdə Azərbaycana təzyiq göstərəcək - miqrantlar, Azərbaycandan Rusiyaya aparılan məhsullara qadağa qoyulması, Azərbaycanda yaşayan etnik azlıqların separatizmə cəlb edilməsi və s. Dövlətin buna qarşı müdafiə addımları olmalıdır. Düşünmürəm ki, Rusiya bu mövzuda səssiz qalacaq".

Sərdar Cəlaloğlu həmçinin bildirib ki, Rusiya ilə əvvəlki münasibətlərin yaradılması artıq mümkün deyil: "Ancaq Rusiyanın hazırda müharibə vəziyyətində olduğunu nəzərə alsaq, Azərbaycana qarşı Ukrayna və Ermənistanla davrandığı kimi davarana bilməyəcək. Bir şey aydın oldu ki,  Rusiyanın həqiyətən də düşmən dövlət olduğu ortaya çıxdı. Biz neçə ildir Rusiyanın Azərbaycana düşmən olduğunu deyirdik, düşünürdük ki, Rusiya bizi xalq olaraq görmür. Rusdilli məktəblərin açılması, mədəniyyət mərkəzlərinin yaradılması onlar tərəfindən təsir-təzyiq vasitəsi kimi qurulmuş strukturlardır. Heç kim bizə inanmırdı. Nəhayət ki, Rusiyanın Azərbaycana olan düşmən münasibəti aydın şəkildə göründü və  hakimiyyət orqanları da artıq Rusiya ilə əvvəlki münasibətlərin yaradılmasının mümkün olmadığının qənaətindədir". 

Partiya sədri vurğulayıb ki, Azərbaycan bir çox ciddi addımlar atmalıdır,  Rusiya ilə münasibətlər müttəfiqlik  münasibətləri səviyyəsindən aşağı salınmalı, qonşuluq münasibətləri olmalıdır: "Bu əməkdaşlıq və qonşuluq münasibətləri qarşılıqlı faydalılığa əsaslanmalıdır. Bu əməkdaşlıqda Rusiya nəyi tələb edirsə, biz də onu Rusiuadamn tələb etməliyik. Paralel olaraq Azərbaycan özünün əsl strateji müttəfiqləri ilə işi düzgün qurmalıdır. Türkiyə, Pakistan və Amerika ilə münasibətlər yeni səviyyəyə qaldırılmalıdır.   Azərbaycanın hərbi təhlükəsizliyi bu ölkələrlə əməkdaşlıq sayəsində yüksək səviyyəyə qaldırılmalıdır. Müttəfiq, dost ölkələrlə lazım gələrsə yeni müqavilələr bağlanmalıdır. İndiki halda isə Rusiyanın Azərbaycana qarşı ciddi bir addım atacağını, hərbi xarakterli hansısa addımların olacağını gözləmirəm. 

Sərdar Cəlaloğlu, eyni zamanda, miqrantların kütləvi şəkildə geri qayıtması məsələsinə də toxunub. Onun sözlərinə görə, hər bir dövlət öz vətəndaşını sərhədləri daxilində bütün imkanlarla təmin etməlidir. "Bu gün azərbaycanlılar 2 səbəbdən kütləvi şəkildə Rusiyaya köçürlər. Birincisi, Qarabağ işğal olunduqdan sonra orada yaşayanlar Rusiyaya köç etdi və düşünürəm ki, onların ölkəyə qayıtması üçün bütün imkanlar yaradılmalıdır. İkinci qrup isə işsizlər və işi bəhanə edib ailəsini atıb  Rusiyada gedib orada vaxt keçirənlərdir. Qarabağda geniş quruculuq işləri gedir və onlar geri qayıdarsa, işlə təmin edilə bilərlər". 

Türkanə Muradlı
Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 Fevral 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri