Sərdar Cəlaloğlu: Tramp Bakıya hansı statusla gələcək?
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Putinin müşaviri bildirib ki, COP29 zamanı Trampı Azərbaycana dəvət edək. Və ondan soruşaq ki, Paris Sazişindən çıxacaqmı?
Tramp dəvət edilsə ölkəmizə gəlmə ehtimalı varmı?
Tribunainfo.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Tramp hələ Amerikanın prezidenti deyil. Partiya sədrinin sözlərinə görə, Tramp yanvarda and içəcək: “Hələlik Amerika Administrasiyası Baydenə tabedir. Trampın özünün şəxsi olaraq Amerikanın qoşulduğu bəyanatlara, sazişlərə birtərəfli qaydada çıxmaq hüququ yoxdur. Bu məsələ konqresdə müzakirə olunmalıdır. Lazım gələrsə Ali Məhkəmə, Konstitusiya Məhkəməsi bununla bağlı müəyyən qərarlar verməlidir.
Tramp nə Bakıya gələr, nə də Paris Sazişindən çıxar. Ən vacibi də odur ki, Tramp Azərbaycana hansı statusla gələcək? Ona hakimiyyət də təslim edilməyib. Faktiki olaraq bu proses bir neçə ay çəkəcək. Bu baxımdan düşünürəm ki, Putinin müşavirinin bu təklifi populizmdir və həyata keçməsi də mümkün deyil”.
Dəniz Pənahova
Baxış sayı:108
Bu xəbər 07 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















