Serdar Kılıç: “Zəngəzur xətti türk respublikaları üçün mühüm yoldur”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisi Serdar Kılıç sərhədi keçməzdən əvvəl İğdırda jurnalistlərin suallarını cavablandırıb.
“Cebheinfo.az” xəbər verir ki, Serdar Kılıç quru sərhədindən Ermənistana səfər edəcəyini, səfər zamanı görülən işlər və gələcəkdə atılacaq addımların müzakirə olunacağını bildirib.
Kılıç onu da qeyd edib ki, Zəngəzur xətti böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, bu, təkcə Ermənistan və Türkiyə üçün deyil, bütün Orta Asiya və türk respublikaları üçün çox mühüm yoldur. O əlavə edib ki, Ermənistan tərəfinin bütün bunlara münasibəti müsbətdir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


