Icma.az
close
up
RU
Sərdar Ortac, Mehmet Əli Ərbil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sərdar Ortac, Mehmet Əli Ərbil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi Türkiyədə qanunsuz qumar və mərc oyunları ilə bağlı hüquq-mühafizə orqnaları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.

Bildirilib ki, saxlanılan şəxslər arasında məşhur müğənni Sərdar Ortaç və şoumen Məhmət Əli Ərbil də var. 

Bəs ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Ötən günlərdə mediada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İdarə Heyətinin sədri Elnur Novruz oğlu Səfərlinin təşəbbüsü ilə 25 oktyabr 2024-cü il tarixdə, iş saatlarında uduş fondu 300-100 manat arası nərd oyunlarının təşkili ilə bağlı xəbər yayılmışdı.

Xəbəri dəqiqləşdirmək məqsədilə apardığımız jurnalist araşdırması nəticəsində əməkdaşlarımız bununla bağlı bir sıra videogörüntülər də əldə etdi.

Həmin görüntülər nəticəsində vətəndaşların niyə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin "142” Çağrı mərkəzinə düşməkdə çətinlik çəkdikləri, qazilərimizin niyə əlilliyin müayinəsi üçün aylarla növbədə gözlədikləri məlum olur.

Həmçinin bir sıra media orqanlarında işsizlikdən sığorta fondu hesabına maliyyələşən publik hüquqi şəxs Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ötən ili də ziyanla başa vurduğu bildirilir. 

Halbuki publik hüquqi şəxslər haqqında qanunvericiliyə əsasən publik hüquqi şəxslər dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti vardır ki, bu da onların yarandıqdan qısa müddət sonra özünümaliyyələşdirən təsərrüfat subyektinə çevrilməsinə hesablanıb. 

Lakin buna baxmayaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Elnur Səfərlinin rəhbərliyi altında nəinki özünümaliyyələşdirən quruma çevrilə bilməyib, hətta ziyana işləməkdə davam etməklə həm dövlət üçün, həm də işsizlikdən sığorta vəsaiti ödəyən işçilər və işəgötürənlər üçün əlavə maliyyə yükünə çevrilib. 

Hazırki görüntülər fonunda bunun səbəblərini müəyyən etmək o qədər də mürəkkəb hesablamalar tələb etmir. 

Məlumata görə Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxs kimi yaradılsa da qeyd olunan məsələlər ona rəhbərlik edən Elnur Səfərlinin bilik dairəsi xaricində olduğundan sonuncu quruma rəhbərlik etdiyi dövrdə bu sahələrdə ixtisaslaşmış peşəkar mütəxəssisləri intriqa, toksik iş mühiti, inzibati təzyiqlər və bu kimi müxtəlif üsullarla qurumdan kənarlaşdırmış, nəticədə qurum "qumar kontoru”na çevrilmişdir. 

Əfsuslar olsun ki, belə kadrları yerliçilik, tanışlıq, dostluq, maddi maraq və s. prinsiplərlə rəhbərliyə yaxın şəxslər əvəz edib. 

Qeyd olunan sahələrdə tam təsadüfi şəxs olan Elnur Səfərlinin həmyerlisi Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Zalovun və həmin şöbənin sabiq müdiri, Dövlət Məşğulluq Agentliyinin hazırki rəhbəri, onunla eyni zonadan olan Sadiq Əliyevin himayəsi ilə mənşəyi bizə məlum olmayan maraqlar nəticəsində bu quruma rəhbər təyin olunduğu bildirilir.

İqtisadiyyat şöbəsi 




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri