Sərdar Ortacın son halı sevənlərini KƏDƏRƏ BOĞDU VİDEO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin tanınmış pop ifaçılarından biri olan Serdar Ortaç uzun illərdir mübarizə apardığı Multiple Sclerosis (MS) xəstəliyi səbəbindən yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, sənətçi Bursa şəhərində bir məkanın açılış mərasimində iştirak edib. Tədbir zamanı çəkilən görüntülər onun səhhəti ilə bağlı pərəstişkarlarını narahat edib.
Kadrlarda Ortaçın uzun müddət ayaq üstə qalmaqda çətinlik çəkdiyi, yerimək üçün isə ətrafındakı insanların köməyinə ehtiyac duyduğu diqqət çəkib. Bu vəziyyət MS xəstəliyinin onun fiziki vəziyyətinə təsirini bir daha göstərib.
Görüntülərdə müğənninin yalnız hərəkət etməkdə deyil, eyni zamanda danışmaqda da çətinlik çəkdiyi müşahidə olunub. Sosial şəbəkələrdə yayılan videolar qısa zamanda geniş müzakirələrə səbəb olub və minlərlə istifadəçi sənətçiyə dəstək mesajları göndərib.
Ortaç isə açıqlamasında xəstəliyin onun həyatına və düşüncələrinə təsir etdiyini bildirib. O, bu sınağın insanlara baxışını dəyişdirdiyini, əvvəlki eqosundan uzaqlaşdığını qeyd edib. Müğənni anasının "Allah səni sınağa çəkir" sözlərini xatırladaraq, bu çətinlikdən sonra həyatın dəyərini daha yaxşı anladığını və insanlara daha fərqli yanaşdığını vurğulayıb.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Mart 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















