Icma.az
close
up
RU
“Şərəfini, mənliyini qoruyan adamlar o verilişlərə getmir” Yazıçıdan sərt sözlər

“Şərəfini, mənliyini qoruyan adamlar o verilişlərə getmir” Yazıçıdan sərt sözlər

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Televiziya kanallarında sosial mövzulara həsr olunan verilişlərdə meyxanaçıların, müğənnilərin və ümumilikdə sənət aləmindən olan simaların “ekspert” qismində çıxış etməsi cəmiyyətin haqlı narazılığına səbəb olur. Bu hal, bir tərəfdən peşəkar mütəxəssislərin və real sahə bilicilərinin kənarda qalması deməkdirsə, digər tərəfdən tamaşaçıların maariflənmək əvəzinə şouya yönləndirilməsi ilə nəticələnir. Belə bir mənzərə isə ciddi sual doğurur: Televiziyalar doğrudanmı ekspert qıtlığı yaşayır, yoxsa reytinq xatirinə cəmiyyətin maariflənməsini qurban verirlər?

Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirən yazıçı Xeyrəddin Qoca bir sıra məqamlara toxunub:

“Bəli, onlar ekspert tapa bilmirlər. Heç ekspert də tanımırlar. Onlar bilmirlər ki, mütəxəssis kimdir. Hər mütəxəssis də televiziyaya çıxarıla bilməz. Efiri doldurmaq xətrinə o adamları çağırırlar. Fərqi yoxdur ki, dəvət olunan insanın ağlı, savadı olsun. Mütləq orada bir adam ekspert sifətində oturmalıdır”.

Xeyrəddin Qoca bildirib ki, efirlərdə cahillik hökm sürür:

“Nadir hallarda televizora baxıram. 5 ildir ki, Azərbaycan televiziyalarına baxmaq istəmirəm. Sosial verilişlərə vaxtilə kömək üçün  müraciət edənlər indi ekspert qismində efirə dəvət alır. Efirdə o qədər boşluq var ki, öz şərəfini, mənliyini qoruyan adamlar elə verilişlərə getmirlər.

Çıxış yolunu tapmaq üçün romanlar, kitablar yazmaq lazımdır. Azərbaycanda bunun üçün çıxış yolu yoxdur. Adamlar getdikcə savadsızlaşırlar. O verilişlər cahillər yığıncağı olmağa davam etdikcə, cahilləşmə davam edəcək. Bu pessimizm deyil, dəqiq ürək sözlərimdir”.

Aytac Şahin 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri