“Sərgən Yalçın bacarırsa, yenə çempionluq qazansın” “Neftçi”nin futbolçusu Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi”nin kamerunlu futbolçusu Vensan Abubakar keçmiş klubu “Beşiktaş”ın məşqçisi Sergen Yalçın haqda qalmaqallı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə türkiyəli idman jurnalisti Ertem Şenerin “Adam Adama” adlı yutub kanalına verdiyi müsahibədə danışıb.
Futbolçu bildirib ki, “Beşiktaş”ın o vaxtkı çempionluğunun səbəbi məşqçi yox, futbolçular olub: “Sərgən Yalçınla çempion olduğumuz dönəmdə onu bacaran biz idik. Həmin kuboku meydanda mübarizə aparan futbolçular qazandı. Ona qalsa, məşqçi indi də eynidir. Hətta “Beşiktaş”ın indiki heyətində daha böyük adlar var. Bacarırsa, Sergen Yalçın yenə çempionluq qazansın, görək”.
Onun bu açıqlaması Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, S.Yalçın 2020/21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. “Qara qartallar” bu periodda Türkiyə çempionu olub və ölkə kubokunu qazanıblar. Bundan sonra o yenidən cari ilin avqust ayında klubun baş məşqçisi təyin edilib.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















