Sergen Yalçın da açıqladı Baş məşqçi oldu
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Sergen Yalçın Türkiyə millisinin baş məşqçi təyin olunduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib.
O, bunun çox vacib vəzifə olduğunu söyləyib:
"Milli komanda hər şeydən üstündür. Bu, hər mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir. Mənim üçün isə qürurvericidir. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik".
S.Yalçın Türkiyə Futbol Federasiyası (TFF) ilə anlaşmanın 4 illik olduğunu söyləyib.
TFF Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək iclasdan sonra təyinatı rəsmən açıqlayacaq.
Xatırladaq ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub.
Baxış sayı:126
Bu xəbər 20 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















