Sergen Yalçın qardaşına görə Beşiktaşda işləməkdən imtina edib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 yanvar, AZƏRTAC
Tanınmış türkiyəli futbol mütəxəssisi Sergen Yalçın "Beşiktaş"da işləməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, 52 yaşlı çalışdırıcı klub prezidenti Serdal Adalı ilə görüşdə baş məşqçi postuna gəlmək istəmədiyini bildirib. Buna S.Yalçının qardaşı Gürsoyon səhhətində problemin yaranması səbəb olub. O, hazırda bütün fikrini qardaşına yönəltdiyini deyib.
Qeyd edək ki, Sergen Yalçın 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olub. O, bu vaxt ərzində Türkiyə Superliqasını və kubokunu qazanıb.

Sergen Yalçın yenidən Beşiktaşda
03 Yanvar 2025 21:21
Beşiktaşda baş məşqçi problemi: Sergen Yalçın yox dedi, sırada kimlər var?
06 Yanvar 2025 01:49
Beşiktaşda ikinci Sərgən Yalçın dönəmi başlamaq üzrədi
01 Yanvar 2025 08:30
Sergen Yalçın təklifə yox dedi
05 Yanvar 2025 21:33
Sergen Yalçın Beşiktaş üçün İstanbuldadır
01 Dekabr 2024 20:44

