Icma.az
close
up
RU
Sergen Yalçın: Rafanın meneceri zəng edib klubu təhdid edirdi

Sergen Yalçın: Rafanın meneceri zəng edib klubu təhdid edirdi

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın Rafa Silva ilə bağlı  açıqlama verib.

Apasport.az xəbər verir ki, onun sözlərinə görə, portuqaliyalı futbolçu daha ilk gündən ayrılmaq istədiyini bildirib:

"Rafa Silva ilk gün mənə  çox məyus olduğunu və burada qalmaq istəmədiyini demişdi. Hətta o, futbolu buraxmaq istədiyini söyləmişdi. Kenny Aroyo da oxşar sözlər söylədi və biz onun önünü açdıq. Rafa dəyərli oyunçu olduğu üçün ona qarışmayacağımızı və sərbəstlik verəcəyimizi söylədim. Qısa zamanda problemi həll etdim. Bir müddət keçdikdən sonra mövzu yenidən gündəmə gəlməyə başladı. Bir ay sonra Rafanı yenidən çağırdım, ona dəyərli olduğunu izah etdim. Ona ehtiyacımız olduğunu bildirdim. Toparlamağa çalışdıq, amma "Kasımpaşa" matçı həftəsində məsələ artıq həll edilə bilməyəcək nöqtəyə çatdı. O, birbaşa olaraq məşqlərə çıxmayacağını və matçlarda oynamaq istəmədiyini bildirdi".

Sergen Yalçın Rafa Silvanı yetərincə idarə etdiyini söyləyib: 

"Bu hadisələr baş verdikdən sonra komandama Rafaya qarışmamalarını bildirdim. O, oynamaq istəmədiyini söylədikdən sonra məsələ məndən çıxdı. Rəhbərliyə gedib çıxdı. Bunu başqana da bildirdim. Artıq həll edə biləcəyim vəziyyət qalmamışdı. Rafa Silva üçün qapımız açıqdır, gəlsin və oynasın. Bizimlə problemi olduğunu düşünmürəm. Meneceri ilə xəbər göndərir. Mövzu mənim nəzarətimdən çıxıb, onsuz da lazım olduğu qədər idarə etdim. Heç qarışmadım. Əgər problem 70-ci dəqiqədə meydandandan çıxarılmasıdırsa, bu gün Messi və Ronaldo da oyundan çıxır. Heç kim "Beşiktaş"dan böyük deyil. Biz də bu gün varıq, sabah yoxdur."

Təcrübəli məşqçi Silvanın menecerinin klubu təhdid etdiyini qeyd edib: 

"Hər həftə "Rafa məşqə qoşulacaq, ya yox?" sualına cavab axtarırdıq. Meneceri zəng edib klubu təhdid edirdi. Kontrakta xitav veriləcəyini, Rafanın oyunlara çıxmayacağını söyləyirdi. Bura "Beşiktaş"dı. Bir gün Rafa Silvanın da, Sergen Yalçının da yeri dolacaq".

“Çelsi” argentinalı forvard üçün 150 milyon ödəməyə hazırlaşır Vinisius “Real”dan ayrılır? - FRANSA TƏMSİLÇİSİ HƏRƏKƏTƏ KEÇDİ ABŞ millisinin üzvü “Barselona”nın radarında “Beşiktaş”ın futbolçusu millinin heyətindən çıxarılıb Mourinyo Rafa Silvanı istəyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri