Sergen Yalçın təriflədi, Qalatasaray hərəkətə keçdi 12 milyonluq hücumçu Türkiyəyə gələcək?
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sergen Yalçının "Mənim transfer siyahımda bir nömrədir" dediyi hücumçu üçün "Qalatasaray"ın "radarı"na düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" "Monako"da forma geyinən Kamerun əsilli isveçrəli hücumçusu Embolo ilə danışıqlara başlayıb.
Məlumata görə, İkardinin zədələnməsi və Batşuayinin isə qeyri-sabit oyunu klub rəhbərliyini Osimhenə alternativ və ya tərəfmüqabili axtarmağa məcbur edib.
Fransanın "L'Equipe" qəzeti də bu faktı təsdiqləyib. Qəzet yazır ki, "Cimbom" 27 yaşlı Embolonu Türkiyəyə gəlməsi üçün dilə tutub: "Lakin bazar dəyəri hazırda 12 milyon avro civarında olan Embolo ilə İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanından bəzi komandaların maraqlanması "Qalatasaray"ın şansıı aşağı salır".
Xatırladaq ki, “Bazel”də yetişən və 2016-cı ildə “Şalke”yə 26 milyon avroya keçən Embolo daha sonra “Qladbax”, 2022-ci ildən isə “Monako” ilə anlaşıb.
Fərid Aslan
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















