Sergey Kislitsa Ukrayna Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunub.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.
"Biz diplomatik işimizin təfərrüatlarını və Prezident Aparatında bu sahəni gücləndirmək imkanlarını, xüsusən də tərəfdaşlarla ən yüksək səviyyədə ünsiyyətin təmin edilməsini, ikitərəfli işin inkişaf etdirilməsini və Xarici İşlər Nazirliyi sistemi ilə sinxronizasiyanı müzakirə etdik. Sergey Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunacaq", - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Kislitsa danışıqlar prosesi üzərində də işləməyə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Yanvar 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















