Icma.az
close
up
RU
Sergey Kopırkinin “yenidən dərk” məntiqi

Sergey Kopırkinin “yenidən dərk” məntiqi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud Rusiyada nə dəyişməlidir?

İrəvanda Rusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirilib və ölkənin Ermənistandakı səfiri Sergey Kopırkin toplantıdakı çıxışında maraqlı fikir səsləndirib. O deyib ki, Rusiyanın Ermənistanla münasibətləri yenidən dərk mərhələsindədir. Görəsən, hansı tərəf nəyi dərk edəcək? Əslində, mövzuya dair suallar çox olduğu kimi, cavablar da az deyil.

Əvvəlcə onu bildirək ki, Rusiya təkcə Ermənistanla deyil, habelə postsovet ölkələrinin bir çoxu ilə münasibətlərinin fazasını yenidən dərk etməyə çalışmalıdır. Amma göründüyü qədərilə, bu, baş vermir. S.Kopırkinin səsləndirdiyi fikri müsbət saymaq mümkündür. Yəni Moskvanın, ən azından, İrəvanla bağlı nələrisə yenidən düşünməsinin faydalı olacağı qənaətindəyik.

Rusiyanın Ermənistanla bağlı nələrisə yenidən düşünməsi həm də ona görə faydalıdır ki, bu düşüncə hərtərəfli olacağı təqdirdə, prosesin müsbət tərəflərinin digər dövlətlərə də şamil olunması ehtimalı var. Əlbəttə, mənfi məqamlarla əlaqəli də eyni fikri söyləmək mümkündür. Bu səbəbdən Kopırkinin söylədiklərinə yalnız Ermənistan prizmasından yanaşmırıq.

Bəli, Rusiya, ümumən, dünyaya münasibətini dəyişməli, Kopırkinin təbirincə desək, yenidən dərk etməlidir. İlk növbədə Moskva imperiya irsinə sahiblənmənin mənasızlığının fərqinə varmalıdır. Çünki bu irs ətrafı düşmən obrazında görür, daim təhlükə hiss edir və ölkənin davranışı da buna uyğun qurulur. İkincisi, Rusiyanın ətrafa münasibət fazasını yenidən dərk etməsində özünü dominant görmə immuniteti olmamalıdır. Çünki bu immunitet qarşılıqlı əlaqələrdə bərabərsizlik bəsləyir. Ölkə daim özünü yüksəkdə görür və bu baxışa uyğun tələblər irəli sürür. Halbuki... Üçüncüsü, Rusiya ətrafla münasibətini yenidən dərk edərkən, başqa dövlətlərin işinə qarışmamalı olduğunu bilməlidir. Ancaq qarışma olur və bu, həmin dövlətlərin suverenliyini şübhələndirməkdir. Suverenliyi şübhələndirilmiş məmləkət bu gün olmasa da, sabah mütləq cavab verəcək. Dördüncüsü, rus ictimai rəyi heç bir halda başqa xalqları aşağılamamalı, monqol əsarətindən çıxdığını anlamalıdır. Ona görə anlamalıdır ki, ətrafı aşağılama məhz bu əsarətin mirasıdır, ağır travmasıdır. Nəzərə alaq ki, belə bir travma özündə hamını düşmən obrazında görmək irsini saxlayır.

Beşincisi, Rusiya dövləti və rus ictimai rəyi işğalçı təfəkkürdən uzaq dayanmalıdır. Çox ciddi şəkildə düşünülməlidir ki, bu təfəkkürün mövcudluğu reallıqları düzgün görməyə imkan vermir, nəticədə yalnız ağ və qara rənglər olur. “Ağ” Rusiya, “qara” onu əhatə edən ətraf aləmdir. “Ağlar” isə daim “qara”lar üzərində hökmranlıq iddiasındadırlar. Belə yanaşma da normal münasibətlərə imkan vermir. Altıncısı, münasibətlər fazasının yenidən dərk edilməməsi Rusiyanı siyasi şantajla qidalanan və hədə-qorxu gələn məmləkət ampluasında saxlayır. Bu amplua rasional düşüncə imkanlarını xeyli məhdudlaşdırır. Müvafiq olaraq rus ictimai rəyi elə zənn edir ki, başqa ölkələri şantaj və hədə-qorxu ilə daim təzyiq altında saxlamaq mümkündür. Halbuki, tamamilə fərqli durum formalaşır. Elə hazırda Ermənistanda yaşananlar da fikrimizin sübutudur. Yeddincisi, bilavasitə Ermənistan üzərində dayanaraq deyək ki, Rusiyanın bu ölkə ilə münasibətlərinə diqqət yetirərkən, gözlər önündə Ermənistanın müstəqil yox, dövlət mexanizminə bənzər kölə quruluş obrazı canlanır. Hazırda isə vəziyyət fərqlidir. Ermənistan Rusiyanın aləti olmaqdan çıxmaq istəyir. Amma... Səkkizincisi, Rusiya və rus ictimai rəyi Ermənistana və erməni xalqına necə yaşamağı öyrətməməlidir. Ermənistan Avropa İttifaqına can atırmı, atsın. Burada “Avropa pisdir, biz yaxşıyıq” şəklində formul keçərli sayıla bilməz. Axı yaxşılar yaxşı olduqlarını əməli fəaliyyətləri ilə göstərməlidirlər.

Rusiya inteqrasiya platformasıdırsa, ölkənin bunu niyə yalnız quru sözlərlə sübuta yetirməyə çalışdığı anlaşılmır. Nəzərə alaq ki, özünütəsdiqin real iş müstəvisi var. Rusiya bu müstəvini gücləndirmək barədə düşünməlidir. Elə düşünməlidir ki, ətraf onu cəlbedici görsün. Ətraf Rusiya və tutaq ki, Avropa məkanı arasında seçimi birincinin xeyrinə etsin.

***

Daha bir məqama diqqət yetirək. Rusiya dövləti və ictimai rəyi nə üçün postsovet və postsosialist məkanının ona, yumşaq desək, xoş yanaşmadığı barədə ciddi düşünməlidir. Bu düşüncə tarixə nəzər yetirilməsi üzərində qurulmalıdır. Tarixdə isə çar Rusiyası və SSRİ adlı məmləkətlər olub. O məmləkətlər ki, bir-birilərinə bənzəyirdilər. Halbuki, ikinci ilk yaradılanda kommunizm egidası altında dünyaya ədalət nümunəsi kimi qəbul edilirdi. Bu nümunə uzun müddət SSRİ-nin işğalçı obrazını pərdələdi. Lakin zamanla maskalar yırtıldı, Sovetlər Birliyinin saxta mahiyyəti üzə çıxdı. Postsovet və postsosialist məkanı isə aldadıldığının fərqinə vardı və bu səbəbdən həmin məkanın Rusiyaya inam və etimadı yoxdur. Bu gün sıravi erməni də Rusiyaya münasibətdə etimadsızlıq və inamsızlıq içindədir.

Şantajdan və hədə-qorxudan söz düşmüşkən, Rusiya dövləti və ictimai rəyi, obrazlı desək, əlini cibinə salıb oradan tapança çıxarıb atəş açacağı ilə də hədələyir. Ermənilər, xüsusən, son 8 ildə buna görə beziblər. Beziblər və öz hərəkətləri ilə sanki Rusiyanı əlini cibindən çıxarmağa sövq edirlər. Təxminən belə: et görək, nə edirsən? Et, canımız qurtarsın. Yaxud çıxart cibindəkini görək nədir?

Rusiya postsovet məkanı üçün böyük bazardır. O bazar ki, onun formalaşması xeyli dərəcədə Rusiyanın beynəlmiləl obrazını vurğulayıb. Bu gün ölkəni çoxsaylı millətlər özünə vətən bilir. Eyni zamanda, çoxlu sayda xalqın nümayəndəsi Rusiya bazarında təmsilçiliklə həm öz vətəninə - ailəsinə, həm də Rusiyaya xeyir verir. Bəs rus ictimai rəyi nə edir? Vətəni həmin xalqlara və millətlərə dar etməklə hədələyir. Yəni yaxşı olar ki, məhz bu münasibət dəyişsin. Daha doğrusu, bu münasibətin dəyişməsinin vacibliyi dərk edilsin.

Başqa məqamlar da var ki, üzərilərində dayana bilərik. Amma buna lüzum görmürük. Sözümüz ondadır ki, hər şeyi dərk etməli, düzgün nəticə çıxarmalı olan tərəf məhz Rusiyanın və rus ictimai rəyinin özü olmalıdır. O ictimai rəy ki, ilk növbədə, özünüislah mərhələsindən keçməlidir. Hələlik isə bu mərhələnin başlandığını yox, Rusiyanı hamı üçün qəddar libasda göstərən solovyovların at oynatdığı məmləkəti görürük.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri