Sergey Lavrov Almatıya səfər edib
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Almatıya səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lavrovun 11 aprel tarixində Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak edəcəyi və Orta Asiya ölkələrinin xarici işlər nazirləri ilə ayrıca görüş keçirəcəyi gözlənilir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl açıqlama verərək bildirib ki, XİNŞ iclasında xüsusi diqqət Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə tədbirlərin hazırlanmasına və digər mədəni-humanitar əməkdaşlıq məsələlərinə ayrılacaq.
Bundan əlavə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi mövzusu da müzakirə ediləcək.
Zaxarovanın sözlərinə görə, Orta Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşdə siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı, eləcə də regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Aprel 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















