Icma.az
close
up
RU
Sergey Lavrovun mesajları… Sevil Nuriyeva yazır

Sergey Lavrovun mesajları… Sevil Nuriyeva yazır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın xarici əlaqələrində ən mühüm müdrik fiqurlardan biri hesab olunan Sergey Lavrovla apardığım müsahibədə güclü nəticələr və mesajlar diqqət çəkdi. Yazıma, cənab nazirin müsahibə istəyimə müsbət cavab verməsindən duyduğum məmnunluğu ifadə edərək başlamaq istərdim...

Rus dilinin söz və düşüncə oyunlarına açıq olan dərinliyi siyasi analiz baxımından geniş şərh imkanı yaradır. Lavrov da intellektual və diplomatik keçmişinin verdiyi güclü mühakimə qabiliyyəti ilə tanınan bir isimdir. Sərt cavabları və bəzən danlayıcı üslubu ilə seçilsə də, müsahibə zamanı işlətdiyi ifadələr və bəzi fikirlərinə “üzr istəyirəm” deyərək yumşaq giriş etməsi, diplomatik nəzakətə verdiyi önəmi də açıq şəkildə göstərirdi. Sərt dili ilə tanınan Lavrovun kimə qarşı hansı üslubdan istifadə edəcəyini şüurlu şəkildə seçdiyi aydın hiss olunurdu...

Ukrayna mesajları

Lavrov müsahibədə Ukrayna məsələsində geri addım atmayacaqlarını açıq şəkildə təsdiqlədi. Prosesin arxa planını və başlanma səbəblərini öz baxış bucaqlarından ətraflı izah edərkən, yalnız nəticəyə fokuslananların məsələnin köklü səbəblərini nəzərdən qaçırdığını vurğuladı.

“NATO-nun Rusiyaya yönəlik hədəflərini uzun illərdir bilirik” ifadəsi ilə Ukrayna prosesinin Rusiyanı zəiflətmək və Sovet İttifaqına bənzər bir dağılmaya sürükləmək planının tərkib hissəsi kimi görüldüyünü bildirdi. Lavrova görə Rusiya Ukraynadakı “xüsusi əməliyyat”la özünə qarşı qurulan bu ssenarinin qarşısını alıb.

Zelenski ilə bağlı qiymətləndirmə

Lavrovun yanaşmasına görə Ukrayna, Rusiya ilə hesablaşan Qərbin əlində bir “piyada”dır. Açıqlamalarında Rusiya dövlət düşüncəsinin və cəmiyyətinin psixoloji reflekslərinin izləri açıq görünürdü. Avropa və ABŞ-la bağlı dəyərləndirmələri tarixi hesablaşma prizmasından təqdim olunurdu.

Ukrayna Prezidenti Zelenskini isə həlledici aktor kimi görmədiyini açıq şəkildə ifadə etdi. Onun dediklərinə əhəmiyyət vermədiyini göstərən mövqe sərgilədi. Onun fikrincə məsələ Zelenski deyil, daha geniş geosiyasi çərçivədir. Lavrov Zelenskinin “sülhə hazırıq” açıqlamalarını da inandırıcı hesab etmədiklərini bildirdi. Çünki Rusiyaya görə Zelenski müstəqil qərar verə bilən lider deyil və Ukrayna Qərb ittifaqının yönləndirməsi ilə hərəkət edir...

Suriya başlığı

Lavrovun Suriya ilə bağlı mesajları da diqqətəlayiq idi. Rusiyanın Suriya ilə münasibətləri yenidən inkişaf etdirmək niyyətində olduğunu vurğuladı. İki ölkə arasındakı tarixi bağlara xüsusi istinad etdi və Əhməd Şara rəhbərliyindəki yeni prosesi önəmli saydıqlarını, yenidən körpülər qurmaq istədiklərini dedi.

Bəşər Əsəd məsələsində isə yanaşmanın tamamilə “insani” çərçivədə olduğunu qeyd etdi. Əsədin təhvil verilməsinin gündəmdə olmadığını bildirərək, “Diqqət etsəniz, Bəşər Əsəd artıq siyasətlə məşğul olmur” ifadəsini işlətdi. Bu sözlər Rusiyanın həm humanitar mövqe sərgilədiyi, həm də Əsədin aktiv siyasətdən uzaq qalmasına həssas yanaşdığını göstərən mesaj təsiri bağışlayırdı.

ABŞ, enerji və beynəlxalq sistem

Vaşinqtonun enerji məsələsi gündəmə gəldikdə beynəlxalq hüququ ikinci plana keçirdiyini, hətta yox saydığını yönündə açıq tənqid səsləndirdi.

Birləşmiş Millətlər Təşkilatının artıq effektiv qlobal mexanizm olmaqdan uzaqlaşdığını deyən Lavrov, həll ünvanı kimi Türkiyə diplomatiyasını göstərdi və BMT-ni yenidən gücləndirə biləcək aktorlardan birinin məhz türk diplomatiyası olduğunu xüsusi vurğuladı.

Rusiyanın Türkiyəyə baxışı

Lavrovun Türkiyə ilə bağlı dəyərləndirmələri yalnız şəxsi fikir deyil, Rusiya dövlət düşüncəsinin əksi kimi səslənirdi. Türkiyəni çoxqütblü dünya perspektivində nüfuzlu və mühüm aktor kimi təqdim etdi.

Türkiyənin həm özünə, həm də tərəfdaşlarına hörmət edən diplomatik ənənəyə sahib olduğunu; qonaqpərvər, yumor hissi olan və təmas qurmaq bacarığı yüksək diplomatik xarakter daşıdığını vurğuladı. Peşəkar kadrları, köklü dövlətçilik ənənəsi və təşkilati imkanları ilə Türkiyənin dərin siyasət istehsaletmə potensialına malik olduğunu bildirdi. Rusiyanın Türkiyə ilə münasibətləri önəmli saydığını və bu əlaqələri davamlı nailiyyətlərə çevirmək iradəsində olduğunu xüsusi qeyd etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri