Şərgi Zəngəzur məhsulları Bakıda FOTO VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İşğaldan azad olunan regionlar üzrə ilk olaraq Şərqi Zəngəzur regionun məhsulları- regionunun özündə yaşayan sakinlərin istehsal etdikləri məhsullar qablaşdırılmış və brendləşdirilmiş formada paytaxt bazarında satışa çıxarıldı. 6-7 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Bu həftəsonu yarmarkasında ilk dəfə olaraq Şərqi Zəngəzur bölgəsi də təmsil olunur. “Şərqi Zəngəzur Evi” adı altında Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda olan yaşayan kənd təsərrüfatı və qida istehsalçıları öz məhsullarını bazara çıxarıblar. Əsasən, sakinlərin yetişdirdikləri tərəvəz bitkiləri, müxtəlif bitki yağları, süd və süd məhsulları, konservləşdirilmiş meyvə şirələri, mürəbbələr, turşular, ev şirniyyatları və s. satışa təqdim edilib. Qeyd edək ki, bu məhsullar tam təbii, ekoloji saf məhsullardır.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Baxış sayı:125
Bu xəbər 07 İyun 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















