Sərgini qaçırmayın! Həftə sonu heykəllər başqa yerə aparılacaq
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ziyarətçilərin dünyaşöhrətli monumental heykəltaraş Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində davam edən "Təbiətdə tarazlıq" sərgisindəki əsərləri bu həftənin sonunadək izləmək fürsəti var.
Noyabrın 1-dən başlayan sərgidə heykəltaraşın 15-dək məşhur əsəri nümayiş olunur. Həftə sonundan etibarən həmin əsərlərin bir qismi Böyük Britaniyadakı sərgiyə, digər hissəsi COP29 məkanında nümayiş üçün aparılacaq. Ekspozisiyanın bir neçə əsəri isə 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzində təqdim ediləcək.
Xatırladaq ki, Lorenso Kuinnin "Təbiətdə tarazlıq" sərgisi ilk gündən böyük marağa səbəb olub. COP29 ərəfəsində Heydər Əliyev Mərkəzində təşkil edilən sərgi ictimaiyyətin diqqətini ekoloji məsələlərə yönəldir. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















