Sərhəd buraxılış məntəqlərinin işi bərpa edildi
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qırğızıstan-Tacikistan sərhədindəki “Qayrağaç” və “Qızıl-Bel” buraxılış məntəqələrinin işi bərpa edilib.
Newscenter.az Qırğızıstan prezzidentinin rəsmi saytına istinadən bildirir ki, martın 13-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon videobağlantı vasitəsilə iki ölkənin dövlət sərhədində yerləşən Qayağaç və Qızıl-Bel buraxılış məntəqələrinin yenidən istifadəyə verilməsi mərasimində iştirak ediblər.
Tədbir Tacikistan Prezidenti Emoməli Rəhmonun Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilir.
Qırğızıstan və Tacikistanın sərhəd qurumlarının rəhbərləri keçid məntəqələrinin fəaliyyətini bərpa etməyə tam hazır olduqlarını bildiriblər.
Prezident Sadır Japarov hesabatı dinlədikdən sonra keçid məntəqəsinin fəaliyyətə başlaması barədə göstəriş verib, bundan sonra Qırğızıstan tərəfində maneələr qaldırılıb.
Daha sonra Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Tacikistan ərazisində nəzarət-buraxılış məntəqələrində işin bərpası barədə göstəriş verib və maneələr qaldırılıb.
Qeyd edək ki, “Kayrağaç” və “Qızıl-Bel” buraxılış məntəqələrində işlərin bərpası Qırğızıstan və Tacikistan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm addım olmaqla, iki ölkə xalqları arasında ticari-iqtisadi əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına töhfə verir.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:37 sərhəd buraxılış məntəqəsi modernləşdiriləcək
02 İyun 2025 23:56
Gürcüstanla birgə sərhəd buraxılış məntəqəsi yaradılır
16 Mart 2025 12:57
Astara Sərhəd Buraxılış Məntəqəsində əcnəbilərin təxliyəsi davam edir
17 İyun 2025 09:04
Laçın sərhəd buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
23 Aprel 2025 00:02
Polşa sərhəd yoxlamalarını bərpa etdi
07 İyul 2025 17:45
Baxış sayı:141
Bu xəbər 13 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















