Icma.az
close
up
RU
Sərhədçi nin baş məşqçisi: Biz bu liqada ən üst səviyyəyə çıxacaq komandayıq

Sərhədçi nin baş məşqçisi: Biz bu liqada ən üst səviyyəyə çıxacaq komandayıq

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Milli komandalara görə uzun bir fasilə oldu. Biz də uğursuz seriyamızı dayandırmaq üçün istədiyimizi əldə edə bilmədiyimiz oyunçularla yolları ayırdıq. Hələ də ayrılmaq ərəfəsində olduğumuz oyunçular var. Onların yerinə yeniləri gəldi. Bu fasilə müddətində komandaya çox istirahət vermədik, xeyli sayda məşqlər keçdik. Çünki belə uzun fasilələr zamanı komandanı formada saxlamaq lazımdır. Lazımi işləri gördük, yeni gələn oyunçuları komandaya uyğunlaşdırmağa çalışırıq. Qarşımızda NTD klubu var və son zamanlarda yaxşı işlər görürlər. Heyəti gücləndiriblər, çox yaxşı komandadırlar". Sport24.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XV turunda qarşılaşacaqları NTD ilə matçdan öncə klubun mətbuat xidmətinə açıqlamasında söyləyib.

Mütəxəssis qrupu ən yüksək pillələrdə bitirəcəklərinə inandığını söyləyib:

"Bizim komandamız da yaxşıdır. Hər mövqedə güclü oyunçularımız var. Sadəcə, bu, son oyunların nəticələrində əksini tapmadı. Əksiklərimizi aradan qaldırmağa, sona qədər meydanda mübarizə aparan kollektiv olmağa çalışdıq. Hər kəs "Sərhədçi"nin necə komanda olduğunu bilir. Biz bu liqada ən üst səviyyəyə çıxacaq komandayıq. 4 nömrə mövqeyində dəyişiklik etdik və bununla da sistemi dəyişdik. NTD ilə matç çox vacibdir. Əlimizdən gələni etməyə, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq. Yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Üçüncü mərhələnin son oyunudur. Daha sonra son qrup matçları baş tutacaq. İnanıram ki, qrupu ən yuxarı yerlərdə bitirəcəyik. Önəmli olan ölkə kubokunda və çempionatda yaxşı nəticə qazanmaqdır. Mən və komandam buna inanırıq. Bu gün qələbə qazanaraq komandamızı yuxarılara çıxarmağı bacaracağıq".

Qeyd edək ki, NTD - "Sərhədçi" matçı bu gün, saat 16:00-da "Sərhədçi" İdman Mərkəzində start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sport24.az
archiveBu xəbər 28 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri