Icma.az
close
up
RU
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...”

Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sülhəddin Əkbər: “Türkiyə Ermənistanla münasibətlərin sürətlə normallaşmasında, sərhədlərin açılmasında, kommunikasiyaların blokdan çıxarılmasında maraqlıdır”

Türkiyə-Ermənistan sərhədində - Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin gizli görüşünün keçirildiyi barədə məlumatlar var. Ermənistanın “Hraparak” nəşrinin mənbələrinin verdiyi məlumata əsasən, görüş ötən həftə baş tutub. Qeyd olunub ki, 10 nəfərlik Ermənistan nümayəndə heyətində Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun nümayəndələri olub.

Məlumata görə, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.

Qeyd edək ki, Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Şirakın eyniadlı kəndindən təxminən 1,5 km aralıda yerləşir. SSRİ dövründə Türkiyə tərəfindən sərhəd bağlanmazdan əvvəl Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsi var idi. Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edirdi. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib, Türkiyə sərhədi bağlayıb və bu keçid məntəqəsi ilə iki ölkə arasında əlaqə dayandırılıb. İki əsas bina, keçmiş gömrük idarəsi və “Axurik” stansiyası birbaşa Türkiyə ilə sərhəddə yerləşir.

Nəşr Axurikin inzibati rəhbəri Marzpet Sarkisyandan həmin görüşdən xəbərdar olub-olmadığını, dəmir yolu ilə bağlı hər hansı işin görülüb-görülmədiyini soruşub: "Bilirsiniz necədir, kənd sərhəddən 2 kilometr aralıdadır, buradan heç nə görünmür. Ona görə də, bu haqda heç nə deyə bilmərəm, çünki mənə məlumat verilməyib. Hazırda dəmir yolu ilə bağlı göstəriş yoxdur, heç bir iş görülmür”.

Xatırladaq ki, bir neçə ay əvvəl xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıçın Ermənistan-Türkiyə münasibətləri məsələsi ilə bağlı görüşündən sonra regional tələblərə uyğun olaraq sərhədlərin açılmasının texniki ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı razılığın əldə olunduğu açıqlanmışdı.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis, politoloq Sülhəddin Əkbər mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, indi gizli görüş keçirilməsi az qala mümkünsüzdür:

- Ümumiyyətlə, Xarici İşlər Nazirliyinin nümayəndələrinin görüşü çox nadir hallarda gizli olur. Kəşfiyyat xidmətləri rəhbərlərinin görüşünün gizli keçirilməsi mümkündür, amma bu, XİN rəsmilərinə şamil olunmur. Əlbəttə, bu tipli görüşlər mətbuata qapalı ola bilər, amma bu, “gizli görüş” adlandırılmır. Ola bilsin ki, nümayəndələr görüşüb, amma mətbuata açıqlama verilməyib, detallar açıqlanmayıb.

Bilirsiniz, Azərbaycanla razılaşdırılmadan Türkiyənin Ermənistanla sərhədləri açması, bu istiqamətdə addımlar atması inandırıcı deyil. Ona görə də hesab edirəm ki, bir qədər prosesləri izləməyə, gözləməyə ehtiyac var. Bilirsiniz ki, məlumatı yayan “Hraparak” qəzeti Ermənistan hakimiyyətinə qarşı sərt müxalif mövqeyi ilə seçilir. Ermənistanın Baş naziri Nikol Paşinyanı “türk” adlandıran bir nəşrin bu məlumatı Paşinyana qarşı istifadə etmək üçün məqsədli şəkildə yayması da mümkündür.

- Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar var, danışıqlar aparmaq üçün hər iki ölkə tərəfindən diplomatlar təyin olunub, bir neçə görüş olub. Belə olan halda, gizli görüşə nə ehtiyyac ola bilər ki?

- Mən dediyim də məhz odur ki, belə görüş olubsa, bu gizli görüş deyil. Ola bilsin, belə bir görüş olmayıb və erməni nəşri müxalif mövqeyinə görə, Paşinyan hakimiyyətinə qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi bu məlumatı yayıb.  Lakin sirr deyil ki, Türkiyə və Türkiyəyə bu məsələdə dəstək verən ABŞ, Avropa İttifaqı, Böyük Britaniya iki ölkənin münasibətlərinin sürətlə normallaşmasında, sərhədlərin açılmasında, kommunikasiyaların blokdan çıxarılmasında maraqlıdır. Rəsmi Ankaranın özü də bunda maraqlıdır və bunu açıq şəkildə bəyan edib. Çünki Türkiyə yeni dünya nizamında geopolitik baxımdan suveren oyunçu kimi rol almaq istəyir. Türkiyənin oyun qurucu güc olması üçün də çəkisi artmalıdır. Bunun üçün də ilk növbədə Türkiyə yaxın regionlara təsirlərini artırmalıdır: Qafqaz, Balkan və Yaxın Şərq, Orta Şərqdə. Ona görə də Türkiyə Azərbaycanla Ermənistan, dolayısı ilə Türkiyə ilə Ermənistan arasında sürətlə normallaşmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Kommunikasiyalar dedikdə buraya Zəngəzur dəhlizi də daxildir. Bunların həyata keçməsi Türkiyəni geopolitik, geoekonomik və geostrateji çevirmək deməkdir. Bu mənada, Türkiyə və Ermənistan nümayəndələri ilə görüşlər keçirməsi, müzakirələr aparması normaldır. Əlbəttə, bu müzakirələr Azərbaycanla məsləhətləşmələr olmadan keçirilmir. Mən inanmıram ki, rəsmi Bakının bu barədə məlumatı yoxdur. Azərbaycanın məlumatı olmadan Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması qərarının verilməsi mümkünsüz görünür.

- Əgər belə bir görüş keçirilibsə, müəyyən razılaşmalar əldə olunubsa, sərhədlər açılırsa, bu o anlamı verə bilərmi ki, Azərbaycanla Ermənistan da sülhə yaxındırlar? Çünki Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistanla sərhədlərin açılmayacağı ən yüksək səviyyələrdə dəfələrlə bəyan edilib...

- Ermənistan tərəfindən yenidən sülhə yaxınlaşma ilə bağlı mesajlar verilməkdədir. Paşinyan Ermənistan Parlamentinin son iclasında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxundu və müzakirələri müsbət qiymətləndirdiyini dedi. Görünən odur ki, həmin görüşdə sülh sazişi layihəsi içlə bağlı razılaşdırılmamış üç bəndlə bağlı müəyyən itrəliləyişlər var. Məlumdur ki, liderlərin həmin görüşündən sonra xarici işlər nazirlərinə prosesin davam etdirilməsi haqqında göstərişlər verildi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu yaxınlarda bildirdi ki, dekabr ayında danışıqlar prosesində yeni mərhələ başlayacaq. Yəqin ki, dabnışıqlarda yeni müsbət məqamlar əldə olunacaq. Amma sülh sazişinə tezliklə nail olunacağı o qədər də inandırıcı deyil. İstənilən halda, ABŞ-dakı Co Bayden adminstrasiyası dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanmıram. Saziş imzalanacaqsa, bu, ABŞ-ın yeni Prezidenti Donald Trampın adminstrasiyası dönəmində imzalanacaq. Çünki bunda həm rəsmi Bakı, həm də İrəvan maraqlıdır. Müəyyən dərəcədə rəsmi Ankara və hətta Moskva da bunda maraqlı ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri