Icma.az
close
up
RU
Sərhəddə hazırlıq başladı, qərar verildi Rusiyanı narahat edən həmlə

Sərhəddə hazırlıq başladı, qərar verildi Rusiyanı narahat edən həmlə

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Estoniya Rusiya ilə sərhəddə metal çəpərlər çəkməyə başlayıb. Bu addımın miqrant axınının qarşısını almaq məqsədi daşığı bildirilib. Maraqlıdır ki, paralel olaraq NATO-nun bu ölkədə Almaniya-Hollandiya birgə korpusunu yerləşdirəcəyinə dair məlumatlar yayılıb.

Hər iki məsələsinin Rusiyadan Estoniyaya qarşı mümkün hərbi müdaxilə ehtimallarının səsləndirildiyi bir zamanda gündəmə gəlməsi narahatlıqları artırıb.

Moskva mövcud şəraitdə daha bir postsovet ölkəsi olan Estoniyaya münasibətdə necə bir addım atacaq? Ümumiyyətlə, Rusiya hansı hallarda sərhədində yerləşən bir NATO ölkəsinə hərbi müdaxilə etməyə cəhd göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiyanın Estoniyaya hər müdaxilə ehtimalı hazırda real görünmür:

“Nəzəri baxımdan, bu mövzuda müəyyən ehtimallar səsləndirmək olar. Lakin hazırkı praktiki planda istər güclü, istər zəif olsun, Rusiya heç bir NATO ölkəsinə hücum edə bilməz. Belə bir addım birbaşa NATO-ya qarşı hərbi təcavüz sayılacaq və Alyansın nizamnaməsinin 5-ci maddəsi dərhal qüvvəyə minəcək. Bu isə Rusiya ilə NATO arasında genişmiqyaslı müharibənin başlanmasına səbəb ola bilər.


Natiq Miri

Hazırda Rusiya Ukraynada bataqlıqda ilişib qalıb. Belə bir durumda NATO ilə müharibəyə başlamaq üçün nə hərbi, nə maliyyə, nə də texniki resurslara malikdir. Ona görə də Estoniyada sərhədin möhkəmləndirilməsi və NATO qüvvələrinin yerləşdirilməsi kimi atılan addımlar sadəcə qabaqlayıcı tədbirlərdir. Məqsəd odur ki, Kreml mümkün hərbi ssenarini heç gündəminə belə gətirməsin”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri