Sərhəddə müasir dronlardan istifadə edilir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
“Gecəgörmə cihazları, müasir dron vasitələrlə, termal kameralar, eləcə də son nəsil qabaqlayıcı texnoloji vasitələrdən istifadə edilməklə dövlət sərhədinin mühafizəsi və müdafiəsi həyata keçirilir”
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sərhəd Komendantlığının qərərgah rəisi, baş leytenant Qoşqar Behbudzdə bildirib.
Onun sözlərinə görə, mövcud olan "KS-205" sistemləri vasitəsilə çətin relyefdə bütün sərhəd pozuçularının vaxtında aşkar olunaraq yaxalanması həyata keçirilir:
“Dövlət sərhədinin toxunulmazlığı Azərbaycan Respubklikası üçün ən vacib məsələdir, daim bizim nəzarətimizdədir. Dövlət sərhədi etibarlı şəkildə mühafizə və müdafiə olunmaqdadır. Sərhəd pozucularına qarşı odlu silahdan istifadə bizim üçün son zərurət vasitəsidir. Bütün hadisələr hüquq-mühafizə orqanlarının təlimatına uyğun şəkildə tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini qeyri-qanuni pozmağa cəhd göstərdikdə, sərhədçilərə silahlı müqavimət göstərdikdə, eləcə də digər təhlükəli hallarda sərhəd naryadı tərəfindən silah tətbiq olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















