Icma.az
close
up
RU
Sərhədləri aşan həmrəylik!

Sərhədləri aşan həmrəylik!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın dünyadakı səsi necə formalaşır?

Sürətlə dəyişən siyasi, iqtisadi və mədəni reallıqlar fonunda diaspor quruculuğu hər bir xalqın milli maraqlarının beynəlxalq müstəvidə qorunması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan diasporunun formalaşması və inkişafı ölkəmizin xarici siyasət prioritetləri arasında xüsusi yer tutur. Müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlının təşkilatlanması, vahid məqsəd və ideya ətrafında birləşməsi diaspor quruculuğunun əsas məqsədlərindən biridir. Bu fəaliyyət dövlətimizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə də mühüm töhfələr verir.

Bu gün dünyanın fərqli qitələrində yaşayan azərbaycanlılar müxtəlif peşələrdə, müxtəlif ictimai mövqelərdə və fərqli həyat şəraitlərində fəaliyyət göstərirlər. Həmin soydaşlarımızı birləşdirən ən mühüm dəyər Azərbaycan sevgisi, milli mənsubiyyət hissi və tarixi köklərə bağlılıqdır. Məhz bu mənəvi bağ dünya azərbaycanlılarının həmrəyliyinin əsasını təşkil edir və onların bir xalqın ayrılmaz hissəsi olduqlarını nümayiş etdirir.

“Azərbaycan Ev”ləri milli kimliyimizin xaricdəki ünvanıdır

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan diaspor təşkilatları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərərək ölkəmizin zəngin tarixi, qədim mədəniyyəti, multikultural dəyərləri, iqtisadi nailiyyətləri və beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir. Onun sözlərinə görə, eyni zamanda xalqımızın üzləşdiyi tarixi ədalətsizliklər, xüsusilə də, torpaqlarımızın işğalı dövründə baş vermiş hadisələr və xalqımıza qarşı törədilmiş cinayətlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir: “Əsas hədəf dünya azərbaycanlılarını birləşdirmək, onların səsini beynəlxalq aləmdə eşitdirmək və milli maraqları müdafiə etməkdir. Bu məqsədlə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətləri genişləndirilib və daha çevik mexanizmlərlə təchiz olunub. Komitə müxtəlif ölkələrdə diaspor şuraları və koordinatorları təyin etməklə regional şəbəkələşməni təmin edir.

Eyni zamanda “Azərbaycan Evi” layihələri ilə ölkələr üzrə fiziki məkanlar yaradılır, bu da ictimai diplomatiyanın dayağına çevrilir. Azərbaycanlı tələbələrin, ziyalıların və gənc fəalların diaspor hərəkatına cəlb edilməsi məqsədilə “Diaspor Gənclərinin Yay Düşərgəsi” kimi tədbirlər təşkil olunur. Dövlət bu yolla diaspor təşkilatlarının intellektual bazasını formalaşdırmağa çalışır”.

T.İsmayılovun sözlərinə görə, unutmaq olmaz ki, həmrəylik yalnız xüsusi günlərdə və tədbirlərdə nümayiş etdirilən birlik deyil: “Həmrəylik gündəlik həyatın bütün sahələrində özünü göstərən, insanların bir-birinə dəstəyində, dəyərlərə hörmətində və ortaq məqsədlər uğrunda birgə fəaliyyətində təzahür edən güclü mənəvi qüvvədi. Məhz bu qüvvə Azərbaycan xalqının dünyanın harasında yaşamasından asılı olmayaraq, vahid xalq kimi tanınmasının əsas şərtlərindən biridir”.

Diaspor diplomatiyasının yeni dövrü

Politoloq onu da vurğulayıb ki, yeni mərhələdə dövlət diaspor diplomatiyasını peşəkar və davamlı lobbiçilik modelinə çevirmək niyyətindədir: “Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların elm, təhsil, biznes, mədəniyyət, siyasət və digər sahələrdə qazandıqları uğurlar həm Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir, həm də gənc nəslin milli kimliyə bağlılıq ruhunda yetişməsinə stimul verir. Bunun nəticəsində xaricdə yaşayan soydaşlarımız yaşadıqları cəmiyyətlərin fəal üzvləri olmaqla yanaşı, öz milli köklərini qoruyub saxlayan və gələcək nəsillərə ötürən mühüm bir körpü rolunu oynayırlar.

Müasir informasiya texnologiyalarının sürətl? inkişaf etdiyi bir dövrdə diaspor quruculuğu və lobbiçilik fəaliyyəti ənənəvi üsullarla yanaşı rəqəmsal platformalarda da həyata keçirilir. Sosial şəbəkələr, beynəlxalq media resursları və müxtəlif kommunikasiya vasitələri vasitəsilə Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalara çatdırılması mümkün olur. Bu da milli maraqlarımızın müdafiəsində yeni imkanlar yaradır.

Nəticə etibarilə, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birini tamamlayan, Azərbaycanın milli maraqlarının qorunmasına, dövlətimizin beynəlxalq mövqeyinin güclənməsinə və xalqımızın dünyada daha güclü şəkildə təmsil olunmasına xidmət edən mühüm amillərdir. Hər bir azərbaycanlının bu prosesdə fəal iştirak etməsi birliyin, həmrəyliyin və gələcək uğurların əsas təminatlarından biri hesab olunur”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri