Icma.az
close
up
RU
Sərhədlərimizə, dövlətimizə və dövlətçiliyimizə qarşı təxribatlar ola bilər Polkovnik

Sərhədlərimizə, dövlətimizə və dövlətçiliyimizə qarşı təxribatlar ola bilər Polkovnik

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib ki, pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. "İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq", - deyə dövlət başçısı qeyd edib.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az- açıqlamasında bildirdi ki, ölkə başçısının Kəlbəcərdə yerli sakinlərlə görüşündə bir sıra maraqlı açıqlamaları oldu.

"Pilotsuz uçuş aparatlarının, ən müasir, yeni hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri Azərbaycana alınıb. Pakistandan, qardaş Türkiyədən və başqa ölkələrdən alınıb. Əlbəttə ki, hər bir ölkə hər an hər şeyə hazır olmalıdır. Ölkə başçısı həm də silahlı qüvvələrin Ali baş komandanıdır. Ona görə də Azərbaycan hər an hazır olmalıdır. Çünki regionumuz çox təhlükəli, mürəkkəb bir regiondur. Ona görə də burada baş verən hadisələr bizi hər an hazır olmağa vadar, məcbur edir. Mən düşünürəm ki, bizim bundan sonra da ordumuzun güclənməsi müdafiə və təhlükəsizliyimizi təmin etmək üçün ən yüksək səviyyədə silahlı qüvvələrimiz hazır olmalıdır. Çünki, həqiqətən də bu gün siyasətdə bəzi ədabaz, bəzi özündən razı siyasətçilər var. Elə qonşuluğumuzda, hansılar ki, Azərbaycana onun Qarabağı işğaldan azad etməsini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini heç cür həzm edə, bağışlaya bilmirlər".

O, hesab edir ki, biz hazır olmalıyıq:

"Həm Şimaldan, həm Cənubdan, həm qurudan, həm sudan hazır olmağı nəzərdə tuturam. Sərhədlərimizə qarşı, dövlətimizə və dövlətçiliyimizə təxribatlar ola bilər. 2025-ci ilin sentyabrında 44 günlük savaşın beş illiyini qeyd edəcəyik. Ona görə də biz qalib xalqıq və ordumuz bu günləri dünyada ən yüksək səviyyədə qəbul olunur, ən yüksək səviyyədə bizə münasibət var. Əlbəttə ki, bu alınan ən müasir texnikalar, ən müasir silah-sursatlar bizim döyüş gücümüzü, imkanlarımızı daha da artırır və düşmənləri ciddi düşünməyə məcbur edir. Mən dünən prezidentin Kəlbəcər sakinləri ilə görüşündə səsləndirdiyi fikirləri eyni zamanda güc strukturları üçün bir vəzifə və tapşırıq kimi dəyərləndirirəm. Onlar da ölkə başçısı, Ali baş komandan tərəfindən səslənən fikirləri özləri üçün proqram kimi qəbul edirlər və onu həyata keçirmək üçün lazım olan işləri həm görürlər, həm də bundan sonra da görəcəklər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri