Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında Ebola virusunun yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlanmasının təsirli bir yol olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə Kinşasada keçirilən mətbuat konfransında bildirilib.
Onun sözlərinə görə, bu cür məhdudiyyətlər virusun yayılmasını yalnız müvəqqəti olaraq yavaşlada və hakimiyyət orqanlarına bir neçə gün vaxt verə bilər: "Lakin problemi bütövlükdə həll etmir".
ÜST rəhbəri xəstəliyə qarşı mübarizədə əsas vasitələrin sanitar tədbirlər, tibb işçilərinin operativ işi və birbaşa epidemiyanın baş verdiyi yerdə dəstək olaraq qaldığını vurğulayıb.
Daha əvvəl Uqanda hakimiyyəti Ebola virusunun yayılması riski səbəbindən Konqo Demokratik Respublikası ilə sərhədi müvəqqəti olaraq bağlamışdı. Ruanda da oxşar tədbirlər görmüş, Zambiya isə səhiyyə monitorinqini gücləndirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 29 May 2026 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















