Icma.az
close
up
RU
Səriştəli müəllimin yetişdirilməsi üçün islahatlar aparılacaq Nazir

Səriştəli müəllimin yetişdirilməsi üçün islahatlar aparılacaq Nazir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan təhsili azsaylı təhsil sistemlərindən biridir ki, dəfələrlə radikal dəyişikliklərə məruz qalıb.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsildə hər zaman keçmişdən daha çox gələcəyə, yeniliyə doğru addımlamaq lazımdır:

"Müəllim peşəsi elədir ki, daim dəstəyə ehtiyacı olur. Onların da sürətli dəyişikliklər barədə məlumatlandırılması vacib məqamdır. Heç də bütün müəllimlərin xarici dili bilmək imkanı olmur. Heç də hər kəs xarici dili yaxşı bilmir. Bu da müəllimlərin xarici tədqiqatları oxuyaraq onlarla tanış ola bilmələrinə maneədir".

E.Əmrullayev vurğulayıb ki, son illər ərzində bir neçə istiqamətdə islahatlar aparılır:

"Əsas fokuslandığımız iş isə müəllimlərin fənn bilikləridir. Çünki fənn bilikləri zəif olan müəllimin metodik bacarıqları yuxarı ola bilməz. Müxtəlif insanlar fənlər barədə bilikli ola bilər, amma bu, onların savadlı müəllim olması demək deyil".

Nazir qeyd edib ki, gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur.

"Metodik kabinetlər yaradılacaq. Keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var. Yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır. Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımı şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin", - elm və təhsil naziri əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri