Icma.az
close
up
RU
Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir EKSPERT

Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir EKSPERT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda gizlənən cinayətkarların Azərbaycana ekstradisiyası mümkündür


Azərbaycan Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağdakı hərbi canilərin cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib. Bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ cinayətkarlarının işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda qeyd olunub. Vurğulanıb ki, Baş Prokurorluq istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib. 


Hüquq müdafiəçisi Xəzət Teyyublu "Sherg.az"a açıqlamasında deyib ki, 1988-ci ildən etibarən Qarabağda başlamış qanlı hadisələr birbaşa cinayət xarakteri daşıyırdı. Ekspert vurğulayıb ki, hazırda Bakıda həbs həyatı yaşayan hərbi cinayətkarların liderləri öz qanunsuz fəaliyyətlərini icra edərkən onlara dəstək verən digər terrorçular da olub:

 "İstintaq zamanı ortaya çıxır ki, onların  himayədarlarının olması faktları üzə çıxır. Diqqətə çatdırım ki, Ermənistanda qarabağlı ermənilər - Serj Sarkisyan, Robert Koçaryan uzun müddət hakimiyyətdə olublar. İstintaq prosesində onların da dindirilməsi zəruridir. Çünki adları çəkilən sabiq prezidentlər Qarabağda törədilmiş cinayətlərdə birbaşa məsuliyyət daşıyan şəxslər olub. Hazırda onlar Ermənistanda yaşayırlar. O baxımdan Baş Prokurorluğun bu məsələdə Ermənistanın hüquq-mühafizə orqanlarına müraciəti müsbət və təbii haldır. Bakıda həbs həyatı yaşayanlar Qarabağda uzun illər ərzində əsrin cinayətlərini törədiblər. İstintaq zamanı bir daha üzə çıxacaq ki, torpaqlarımızın işğalı, milyona yaxın soydaşımızın öz yurdundan qaçqın düşməsi, varını-yoxunu itirməsi hərbi cinayətkarların başıpozuq əməllərinin nəticəsi olub". 

X.Teyyublu əlavə edib ki, məhz bu işğalçılıq siyasəti Azərbaycana yüz milyardlarla dollar maddi-mənəvi ziyan vurub, ölkəmizin genefonduna mənfi təsir göstərib: "Hərbi cinayətkarlar bütün bunlara görə cavab verməlidir. Əgər İrəvan hökuməti də sülh istəyirsə, gələcəkdə Azərbaycan-Ermənistan arasında baş tutacaq sülhün əsas predmetindən biri də Ermənistanın belə məsələlərdə məsuliyyətli davranmasıdır. Ermənistanda gizlənən cinayətkarların Azərbaycana ekstradisiyası mümkündür. Çünki onlar Azərbaycan vətəndaşı olublar və 1988-ci ildən etibarən cinayət əməllərinə başlayıblar. Prezidentlik dönəmlərində də Qarabağ cinayətkarlarına dəstək veriblər. Onların Azərbaycana təhvil verilməsi sülh sazişi və gələcək əlaqələr üçün də mühüm töhfə olar. Hüquq bərpa olunmalı və cinayətkarlar mütləq cəzalarını almalıdır. Yəqin ki, hazırkı Ermənistan rəhbərliyi də bu barədə əsaslı düşünəcək və reallığa uyğun ağıllı addımlar atacaq". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2024 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri