Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb.
APA xəbər verir ki, prokurorluğun məlumatına görə, ittihamlar irimiqyaslı çirkli pulların yuyulması sxemləri və qondarma strukturların yaradılması ilə bağlıdır.
İş üzrə təqsirləndirilən şəxslər arasında “Yerevan Mall”un baş direktoru Vazrik Sekoyan və sahibkar Arşak Poqosyan da var.
İstintaq iddia edir ki, Minasyana məxsus şirkətlər vasitəsilə qondarma kredit müqavilələri bağlanıb və nəticədə bu strukturların hesablarına külli miqdarda, 6,67 milyon avro və 2,764 milyon dollar vəsait daxil olub.
Daha sonra bu vəsaitlər Minasyana məxsus başqa ofşor şirkətin hesablarına köçürülüb və orada digər qeyri-qanuni aktivlərlə qarışdırılıb.
İstintaq orqanları bu hərəkətləri xüsusilə irimiqyaslı çirkli pulların yuyulması kimi təsnif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Fevral 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















