Icma.az
close
up
RU
Sərkisyan Azərbaycanı təriflədi “Biz də elə etməliyik”

Sərkisyan Azərbaycanı təriflədi “Biz də elə etməliyik”

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya və Avrasiya İqtisadi Birliyi (AİB) ilə yaranmış vəziyyəti nizamlamaq üçün bütün mümkün variantları tükədib. Paşinyanın vaxtilə dediyi “AİB yoxdur” fikri reallığa çevrilir, əgər yoxdursa, demək, yoxdur”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan söyləyib.

Siyasətçi bildirib ki, Nikol Paşinyanın iyulun 6-da Yeketerinburqda Rusiya Baş naziri Mixail Mişustinlə görüşü və ayın 27-də Prezident Vladimir Putinlə apardığı telefon danışığı da gərginliyi yumşaltmayıb:

“Rusiya Nikol Paşinyanı Ermənistan Baş naziri statusunda tamhüquqlu tərəfdaş kimi qəbul etmir. Putin Ermənistana referendum keçirməyi diktə etməyə çalışır. Güman ki, bu məqsədlə payızda siyasi qüvvələrdən tutmuş kilsə dairələrinə qədər bütün təsir alətlərini fəallaşdıracaq. Əgər bu yolla istədiyi nəticəni əldə etməsə, qışa yaxın etiraz dalğasını gücləndirmək məqsədilə Ermənistana tədarük olunan qazın qiymətini kəskin artıra bilər.

Ermənistan nə etməlidir?

Birincisi, KTMT-dən çıxmalıdır.

İkincisi, birləşmiş hava hücumundan müdafiə sistemindən çıxmalıdır.

Üçüncüsü, sürətləndirilmiş prosedurla 2013-cü ildən yarımçıq qalmış Avropa İttifaqı ilə Azad Ticarət və Assosiasiya Sazişinin imzalanması prosesini bərpa etməlidir.

Sonrakı addımların ardıcıllığı Rusiyanın bu üç addıma verəcəyi reaksiyadan asılı olaraq müəyyənləşdirilməlidir.

Yeri gəlmişkən, nə Gürcüstan, nə də Azərbaycan AİB-in üzvüdür. Üstəlik, Gürcüstanın Rusiya ilə hətta diplomatik münasibətləri də yoxdur. Buna baxmayaraq, Azərbaycan nümunəsində ticari-iqtisadi əlaqələr Ermənistandakından geri qalmır”.

Sərkisyan hesab edir ki, AİB-dən çıxmaq Ermənistanın suveren hüququdur:

“Həm birliyə üzvlük, həm də oradan çıxmaq üçün referendum keçirmək barədə hüquqi baxımdan məcburi tələb yoxdur. AİB-dən çıxdıqdan sonra isə Ermənistanı gözləyən və ona dəstək verməyə hazır olanlar var. Narahat olmayın. Bir məsələ aydındır: Rusiyanın təsir zonasından çıxmış ölkələr bu gün KTMT və AİB-də qalan dövlətlərlə müqayisədə daha demokratik, daha təhlükəsiz və daha firavan həyat yaşayırlar”./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyul 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri