Icma.az
close
up
RU
Sərkisyan hansı sözünün Əliyevə çatdırılmasını xahiş edib? Zərif şok sirri açdı

Sərkisyan hansı sözünün Əliyevə çatdırılmasını xahiş edib? Zərif şok sirri açdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Ermənistanla bağlı sözləri müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni iranşünas Qriqor Arakelyan danışıb.

Arakelyan Cavad Zərifin müharibədən 6 ay sonra İrəvana səfər etdiyini və burada bir sıra dövlət rəsmiləri ilə görüşdüyünü söyləyib:

“O zaman xarici işlər naziri olan Zərif protokol çərçivəsində həmin müddətdə Ermənistanın prezidenti vəzifəsini icra edən Armen Sərkisyanla da görüşüb. İranlı diplomat deyib ki, Sərkisyan həmin vaxt ondan bəzi sözlərini Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Zərifin sözlərinə görə, A.Sərkisyan Əliyevə müraciətində deyib: “Biz 28 əvvəl güclü idik, Azərbaycan zəif idi. Biz Qarabağı aldıq, o ölkəni aşağıladıq, hətta danışıqlar belə aparmaq istəmədik. 28 il müddətində eyni münasibəti davam etdirdik, lakin bu gün biz çökdük və məğlub olduq. Siz də eyni səhvi təkrarlamayın”.

Arakelyan bildirib ki, Zərif həqiqətən də Bakıya səfəri zamanı Sərkisyanın xahişini Əliyevə çatdırıb.

“Mən Prezident İlham Əliyevlə görüşdüm, Ermənistan rəhbərinin sözlərini çatdırdım. Lakin vurğuladım ki, hazırda güclü olan sizsiniz və sülh bu istiqamətdə bərpa edilməlidir. Azərbaycan Prezidenti bu fikirləri məntiqli hesab etdiyini və belə də olacağını söylədi”, – Cavad Zərif vurğulayıb.

Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması və münaqişəyə birdəfəlik son qoyulması üçün hərəkətə keçdi, İrəvanla müxtəlif platformalarda danışıqlar aparıldı, daimi əlaqənin saxlanılması və sülh müqaviləsi ətrafında fikir mübadilə diqqətdə saxlanıldı. Nəhayət, ötən ay Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsi mətni üzrə iki ölkə arasında tam razılaşmanın əldə edildiyini açıqladı. Lakin buna rəğmən İrəvan hələ də sülhdən yayınır.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri