Sərnişin avtobusu və yük maşını toqquşub, 11 nəfər xəsarət alıb
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Novosibirsk vilayətinin Moşkovski rayonundakı magistral yolda sərnişin avtobusu və yük maşını toqquşub, 11 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə region hökuməti teleqram kanalında xəbər verib.
"Bir azyaşlı da daxil olmaqla 11 zərərçəkənin tibbi yardıma ehtiyacı yaranıb", - regional Səhiyyə Nazirliyindən bildirilib.
Zərərçəkənlərdən dördü qəza yerindən təcili yardım maşınlarında aparılıb, daha yeddisi isə özləri tibbi yardım üçün müraciət ediblər.
Məlumata görə, qəza zamanı heç kim ağır xəsarət almayıb. Daxili İşlər Nazirliyinin Regional İdarəsindən isə bildirilib ki, avtobus yük maşını ilə toqquşduqdan sonra xəndəyə düşüb. Hadisə zamanı salonda 45 sərnişin olub.
Qəza ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Dekabr 2024 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















