Icma.az
close
up
RU
Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR Kimlərə şamil OLUNACAQ?

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR Kimlərə şamil OLUNACAQ?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin martın 3-də qəbul etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI


Bizim.Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni dəyişikliklərin nədən ibarət olduğunu açıqlayıb.
“Son vaxtlar qeyri-müntəzəm sərnişindaşıma və yükdaşıma ilə bağlı qəza hallarının artması müşahidə edilib. Bunlara bir neçə nümunə göstərmək olar: ötən ilin sentyabrında Biləcəri körpüsündə icazəsi olmayan yük avtomobili minik avtomobilinin üzərinə aşdı, dekabr ayında Sahil qəsəbəsi ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtobus qəzaya uğradı, eyni ayda Şəmkirdə də işçiləri daşıyan mikroavtobus su kanalına aşdı. Bütün bu hadisələr nəticəsində isə həlak olanlar və xəsarət alanlar olub. Buna isə nəqliyyat vasitələrinin saz vəziyyətdə olmaması, sürücülərin fəaliyyəti zamanı iş və istirahət rejiminə əməl edilməməsi və digər amillər də səbəb olub”.
 

Dəyişiklikdən əvvəl icazə almaq tələb olunan sənədlər fərdi sahibkar olduqda, şəxsiyyəti təsdiq edən sənəd; hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış; vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə idi. Bu isə sifarişli yük və sərnişindaşımaya nəzarətin həyata keçirilməsində çətinlik yaradırdı. Sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar (bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir).


Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı haqqında" Qanuna təsdiq etdiyi dəyişiklik də məhz sərnişindaşıma sahəsində təhlükəsizliyin və xidmət səviyyəsinin yüksəldilməsinə nəzərdə tutur.
Qanuna edilən dəyişiklikdən sonra sifarişli sərnişin daşımalarını həyata keçirmək üçün yeni tələblər müəyyənləşib.
Daşıma fəaliyyəti icazə almaq üçün tələb olunacaq əlavə sənədlər:
1. Sürücünün narkotik sərxoşluq vəziyyəti barədə tibbi müayinəsinin nəticəsi haqqında məlumat;
2. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması;
3. Sürücülərin reysqabağı tibbi müayinəsi;
4. Sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər. Yəni sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzində xüsusi hazırlıq keçməli və Dövlət İmtahan Mərkəzində imtahan verməlidir;
5. Avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta;
7. “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi, yaşı 21-dən çox və minimum 2 il sürücülük təcrübəsi tələb olunur.
Qeyd edək ki, artıq bu tələblər qüvvəyə minib. Reysqabağı tibbi və texniki müayinə tələbi istisna olmaqla, yeni sənədlər sifarişli daşıma icazəsi aktiv olan sürücülərə və nəqliyyat vasitələrinə şamil edilmir. İcazə (buraxılış vəsiqəsi və onun əlavəsi olan buraxılış kartı) almaq üçün qaydalar yalnız bu fəaliyyətlə yeni məşğul olmaq istəyənlərə aid ediləcək.
Yük və sərnişin daşıyan müxtəlif müəssisələr “daşıyıcı” anlayışına daxil edilib, çünki onlar da yol hərəkəti iştirakçılarına təhlükə yarada bilərlər.
 

Məlumat üçün bildirək ki, qanunvericiliyin hazırkı tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.


Sifarişli sərnişindaşıma və ölkədaxili yükdaşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi mövcuddur.
İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Növbəti mərhələdə qeyri-müntəzəm sərnişin və yük daşımaları ilə məşğul olan nəqliyyat vasitələrinə münasibətdə isə yeni tələblər Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, icazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək inzibati məsuliyyət yaradan haldır”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Aprel 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri