Sərnişin daşımaq üstündə sürücülər arasında dava Apellyasiya Məhkəməsi qərarını elan etdi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Ömər Bayramzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ö.Bayramzadə 23 oktyabr 2024-cü il tarixdə saat 7 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində, avtobus dayanacağında taksi fəaliyyəti ilə məşğul olduğu "Renault Megan" markalı minik avtomobilinə sərnişin mindirərkən mübahisə yaranıb.
Belə ki, həmin vaxt Goranboy-Xanqərvənd marşrutu üzrə hərəkət edən "Mercedes Benz 208 D" markalı mikroavtobusun sürücüsü Maqsud Habilov (adı, soyadı şərtidir) təqsirləndirilən şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasına etiraz edib və mobil telefonla baş verənlərin videosunu çəkib.
Bundan əsəbiləşən Ömər heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə yaxınlaşaraq xuliqanlıq niyyəti ilə ona yumruq zərbəsi endirib. Nəticədə Maqsuda burunun küt travması, qançır, tənəffüsün davamlı pozulması və burun sümüyünün sınığı ilə müşayiət olunan xəsarətlər yetirilib.
Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxsi uca səslə nalayiq ifadələrlə təhqir edib, üzərindəki 90 manat dəyərində gödəkcəsini cıraraq yararsız hala salıb, Maqsuda məxsus "Samsung A3" markalı mobil telefonun ekranını sındırmaqla 110 manat məbləğində maddi ziyan vurub.
Həmçinin Ömər hadisə yerində toplaşmış insanların rahatlığını və dincliyini pozaraq ictimai asayişə qarşı yönəlmiş qərəzli xuliqanlıq hərəkətləri törədib.
O, cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin hökmü ilə məhkum olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















